Keysər kəsiyindən sonra daha bir keysəriyyə mütləqdirmi?
03.01.2024 16:14

Keysəriyyə kəsiyi müəyyən hallarda nə qədər yaxşı görünsə də, istənilən başqa əməliyyatlarda olduğu kimi, onun da öz müsbət və mənfi cəhətləri vardır. Əgər qadın keysəriyyə yolu ilə doğum etmişdirsə, onda növbəti doğumun necə keçiriləcəyi haqda suallar yaranır.


Aztibb.az bununla bağlı ginekoloq.az saytına dərc edilən yazıya diqqət çəkib.


Hamilə qadının təbii doğuma köklənməsi vacib şərtdir, bunun birinci və ya onuncu doğum olmasından asılı olmayaraq. Şübhəsiz ki, bu həmişə biz istədiyimiz kimi olmur və bəzi hallarda keysəriyyəsiz mümkün olmur.


Qadın nə birinci, nə də sonrakı hallarda təbii yolla doğum keçirə bilmirsə təkrar keysər kəsiyinin keçirilməsi üçün mütləq göstərişdir. Həmçinin həkimlər təbii doğuş zamanı meydana gələ bilən nisbi göstərişlər haqqında da danışırlar.


- Anatomik və ya kliniki cəhətdən çanağın dar olması. Belə diaqnoz zamanı qeysər kəsiyindən qaçmaq praktiki olaraq mümkün deyil. Halbuki, bir çox Avropa ölkələrində belə diaqnozla qadınların əksəriyyəti operativ müdaxiləsiz doğmağa müvəffəq olurlar.
- Çanaq sümüklərinin deformasiyası və qasıq sümüklərinin ayrılması;
- Anada onkoloji xəstəliklər;
- Dölün düzgün istiqamətdə yerləşməməsi;
- Uşağın çox böyük ölçüləri;
- Ciftin düzgün istiqamətdə yerləşməməsi və ya vaxtından əvvəl ayrılması. Xüsusilə də uşaqlıqda əvvəlki əməliyyatlardan qalan kəsiklərin olduğu halda təhlükəlidir.

 

Həmçinin uşaq tərəfindən də hipoksiya və zəif doğum fəaliyyəti kimi problemlər meydana gələ bilər.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev