Maliyyə itkisi insanda demans riskini artırır
02.01.2024 08:36

Çin alimləri araşdırma əsasında sübut ediblər ki, külli miqdarda pul itkisi nəticəsində yaranan stress idrak qabiliyyətinin, o cümlədən demensiyanın (beynin üzvi zədələnməsi) azalmasını sürətləndirə bilər.


Aztibb.az “Medzdrav.İnfo”ya istinadən xəbər verir ki, tədqiqatda iştirak etmək üçün son iki il ərzində (iştirak etdiyi tarixdən) maliyyə böhranı keçirmiş 50-65 yaşlı səkkiz mindən çox insan cəlb edilib.


Üstəlik, bu adanların əksəriyyəti üşün maliyyə çöküşü müxtəlif səbəblərdən pul kapitallarının 75%-dən çoxunun itirilməsi demək idi. Alimlər iştirakçıların sağlamlıq vəziyyəti haqqında məlumat toplayıb və onların idrak qabiliyyətlərinin səviyyəsini qiymətləndiriblər. Bundan sonra 14 il davam edən uzun bir müşahidə mərhələsi başlanıb.


Müşahidə müddəti başa çatdıqdan sonra tədqiqatçılar iştirakçılardan idrak qabiliyyətlərinin səviyyəsini müəyyən etmək üçün yenidən testlər keçirmələrini xahiş ediblər.


Məlum olub ki, ciddi maliyyə itkiləri yaddaşın, həmçinin məlumatı qavramaq və emal etmək qabiliyyətinin pisləşməsi ilə bağlı olub. Ancaq bu korrelyasiya yalnız 65-yaşlı insanlar arasında müşahidə edilib. Elm adamları yaşlı insanların stresli həyat hadisələrinin öhdəsindən daha yaxşı gəldiyini irəli sürüblər.


Tədqiqatçıların elmi qənaətinə görə, adi xərcləmə səviyyəsinin azalması və borcun yığılması sağlamlığın qorunması üçün zəruri olan mal və xidmətlərin istehlakının azalmasına səbəb olub.


Bundan əlavə, maddi itkilərdən yaranan stress qidalanma və fiziki vərdişlərdə dəyişikliklərə səbəb ola bilər ki, bu da dolayı yolla sağlamlığın pisləşməsinə və nəticədə demensiyaya səbəb olur.

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev