Cinsiyyəti məlum olmayan altı uşaq doğulub
31.12.2023 20:57

2023-cü ildə Tümen vilayətində cinsiyyəti qeyri-müəyyən altı uşaq dünyaya gəlib.


Aztibb.az bu barədə 72.ru-ya istinadən xəbər verir.


Həkimlər bildirib ki, bu, insanın xarici və daxili cinsiyyət orqanının nə qadın, nə də kişi cinsinə uyğun gəlmədiyi nadir genetik mutasiyadır.


Bu pozğunluğu olan uşaqların doğulmasının səbəbləri, bir qayda olaraq, cinsi vəzilərin formalaşma prosesində iştirak edən bir sıra genlərin mutasiyalarıdır.


Qeyd olunub ki, 2022-ci ildə də üç belə körpəyə cinsi inkişaf pozğunluğu diaqnozu qoyulub. 2020-ci ildə də bir belə hal olub.

Cərrahi yolla cinsin dəyişdirilməsi mümkündür, lakin bunu etməzdən əvvəl xəstə xromosom dəstini qurmaq və genetik cinsini dəqiqləşdirmək üçün genetik analizdən keçməlidir.


Bir neçə il əvvəl də Tümen həkimləri cinsi qeyri-müəyyən bir uşaq üzərində unikal əməliyyat keçiriblər. Ysaş yarım körpəyə nadir bir xəstəlik - hipospadias diaqnozu qoyulub. Bu, genitouriya sisteminin kompleks malformasiyasıdır. Analizlərdən sonra məlum olub ki, yeni doğulan körpə əslində oğlandır. Əməliyyatla cinsiyyət orqanı kişikinə uyğunlaşdırılıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev