Mal əti və yerkökü spirtlə zəhərlənmə riskini azaltmağa kömək edir
01.01.2024 14:46

Bəzi məhsullar və bir sıra sadə fəndlər ziyafətdən sonra spirt zəhərlənməsi riskini azaltmğa kömək edir.

Aztibb.az “Med Novelty” portalına istinadən xəbər verir ki, qastroenteroloq Evgeni Belousovun sözlərinə görə, sink və B vitaminləri ilə zəngin qidalar “xəstələnməməyə” kömək edir.

"Bu məhsullara mal əti, qaraciyər, dəniz məhsulları (məsələn, midye, siyənək) buğda, həmçinin yerkökü, noxud, soğan, ispanaq və qoz-fındıq daxildir", - mütəxəssis izah edib.

Həkim xəbərdarlıq edib ki, çox miqdarda spirtli içki qəbul etdikdə və ya müəyyən qidalar səbəbindən alkoqoldan zəhərlənmə riski artır.

Həmçinin satışda olan içkilərin əksəriyyəti texniki standartlara cavab vermir. Digər tərəfdən isə spirtli içkiləri qəbul edən şəxslər dozaya məhəl qoymurlar. Bunlar da zəhərlənməyə səbəb olur.

Bundan əlavə, qastroenteroloq istehlak edilən alkoqolun ümumi miqdarını azaltmaq üçün adi içkilərlə alkoqolun dəyişdirilməsini, həmçinin acqarına içməməyi tövsiyə edib.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev