Çoxlu şirniyyat yeyənlərdə xərçəngə daha çox rast gəlindiyi doğrudurmu?
02.01.2024 12:05

Xərçəngin qarşısını almaq üçün şəkərin pəhrizdən xaric edilməsi kifayətdir deyə bir fikir var. Bu belədirmi?


Aztibb.az xəbər verir ki, suala cavabını Rusiya Səhiyyə Nazirliyinin Milli Tibbi Tədqiqat Radiologiya Mərkəzinin baş direktoru akademik Andrey Kaprin “Arqumentı i faktı” nəşrinə müsahibəsində bildirib:


“Şəkər xərçəngə səbəb olmur. Lakin şirin və nişastalı qidaların həddindən artıq istehlakı piylənməyə səbəb ola bilər və bu da öz növbəsində maddələr mübadiləsində müxtəlif dəyişikliklərə, daxili orqanların işində pozulmalara, qaraciyərin böyüməsinə (hepatoz) gətirir və bu hallar xərçəngin inkişafına səbəb ola bilər”.


“İşimizin təcrübəsi göstərir ki, piylənmə kolorektal xərçəngə səbəb ola bilər və kök qadınlarda tez-tez sidik-cinsiyyət sistemi xərçəngi inkişaf edir”, - deyə akademik əlavə edib.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev