Həkim qışda ofis havasının təhlükələri barədə xəbərdarlıq edib
27.12.2023 13:51

Terapevt Larisa Alekseyevanın sözlərinə görə, qışda ofis otağında quru hava və çoxlu sayda insanın bir yerdə toplanması oksigen səviyyəsinin azalmasına gətirir ki, bu da orqanizmdə mənfi proseslərin inkişafına səbəb ola bilər.


Aztibb.az xəbər verir ki, bu barədə “Gazeta” nəşri məlumat verib.


O, əlavə edib ki, quru və isti otaqlarda işləyənlər mütəmadi olaraq xəstələnirlər. Bu, baş ağrısı, yuxululuq və apatiyaya səbəb olur.


Həkimin tövsiyə edib ki, hər bir kabinetdə nəmləndirici olmalıdır.