Həkim disbakteriozun əlamətləri və müalicəsindən danışdı
27.12.2023 08:11

Disbakterioz bağırsaq mikroflorasının tərkib və miqdarının pozulması nəticəsində yaranan patoloji vəziyyətdir. Disbakterioz zamanı bağırsaqda qida maddələrinin kifayət dərəcədə parçalanması və mənimsənilməsi normal şəkildə gedə bilmir.

Aztibb.az xəbər verir ki, qastroenteroloq-endoskopist Aynur Qurbanova ishal (bəzən qəbizliklə ishalın növbələşməsi), qarında köp, gəyirmə, ağızda xoşagəlməz dad və bağırsaqda qurultunu disbakteriozun əlamətləri olaraq sadalayıb.

Həkim qeyd edib ki, bağırsaq disbakteriozundan əziyyət çəkən əksər insanlarda (xüsusən uşaqlarda) qida məhsullarına qarşı əvvəllər müşahidə olunmayan allergik reaksiyalar yaranır. Onlar həm adi allergik (övrə, qaşınma, bronxospazm, angionevrotik ödem), həm də bağırsaq xarakterli (sulu konsistensiyalı köpüklü nəcis, qarında kəskin ağrı, ürəkbulanma, qusma) ola bilər.

Malabsorbsiya sindromu isə müxtəlif qida maddələrinin bağırsaqda sorulma prosesinin pozulması metabolik substratların defisiti, zülal-enerji çatışmazlığı, hipovitaminozlar (ilk növbədə B qrup vtaminləri üzrə), anemiya, ion balansının pozulması, kalsium defisiti və s. ilə təzahür edir.

Orqanizmin intoksikasiyası isə halsızlıq, iştahsızlıq, subfebrilitet, baş ağrıları, immunitetin zəifləməsi, infeksion xəstəliklərin (KRX, KRVİ, herpes) tez-tez təkrarlanması, göbələk infeksiyaları ilə baş verir.

Disbakteriozun müalicəsi ilk növbədə onu yaradan səbəbin aradan qaldırılmasına və əsas xəstəliyin müalicə edilməsinə yönəldilir. Müalicənin sonrakı mərhələsi – patogen mikroorqanizmlərin aradan götürülməsi və bağırsağın normal mikroflorasının bərpa edilməsindən ibarətdir.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev