Şəkərli diabet zamani gözlər necə zədələnir? Oftalmoloq nəyi məsləhət etdi?
27.12.2023 09:08

Şəkərli diabet zamanı qanda şəkərin səviyyəsinin yüksək olması gözlərə zədələyici təsir göstərir.


Aztibb.az xəbər verir ki, cərrah oftalmoloq Emin Əlihüseynlin sözlərinə görə, qısa müddətli qanda şəkərin miqdarının yüksəlməsi xəstələrin görməsinə elə də təsir etmir. Bəzən xəstələr şəkərli diabetin müalicəsi üçün istifadə etdikləri dərmanların qəbuluna fasilə verdikdə, və ya müalicə planını dəyişdikdə bir neçə günlük, və ya bir neçə həftəlik görmələrinin arabir dumanlanmasından şikayət edirlər.


Həkim qeyd edib ki, qanda şəkərin miqdarının artması gözün toxumalarında mayenin toplanmasına səbəb ola bilər. Bu cür görmə bulanmaları adətən müvəqqəti olur və qanda şəkərin miqdarı normallaşdıqdan sonra keçib gedir.


“Əgər qanda şəkərin miqdarı uzun müddət yüksək səviyyədə qalarsa, bu göz dibində olan damarları zədələyir. Zədələnmiş damarlardan maye sızmağa başlayır. Bununla yanaşı göz dibində zəif divarlara malik yeni damarlar inkişaf etməyə başlayır. Yeni əmələ gələn damarlar çox kövrək olduğundan tez-tez partlayaraq, göz dibində qansızmalara, çapıqlaşmaya və gözdaxili təzyiqin təhlükəli hədlərə qədər yüksəlməsinə səbəb olurlar”, - dey oftalmoloq vurğulayıb.


Şəkərli diabet mənşəli göz xəstəliklərinin müalicəsi şəkərli diabetin müalicəsi ilə paralel aparılmalıdır. Bu zaman qanda şəkərin miqdarı, qan təzyiqinin göstəriciləri, qanda xolestorolun miqdarı mütəmadi nəzarətdə olmalıdır. Siqaret çəkən xəstələr siqareti tərgitməlidirlər.


Qanda şəkərin miqdarının daim nəzarətdə olması şəkərli diabet mənşəli göz xəstəliklərinin inkişafının və ağırlaşmaların yaranmasının qarşısını almağa kömək edir.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev