Trixoloq soyuq mövsümdə saçlara necə qulluq etmək barədə məsləhətlər verib
01.01.2024 10:07

Qışda saç gözəlliyini və sağlamlığını qorumaq üçün xüsusi qayğıya ehtiyacı var.


Aztibb.az xəbər verir ki, trixoloq Qalina Rusakova “Gazeta” nəşrinə soyuq mövsümdə saçlara qulluq etməyin əsas qaydaları haqqında danışıb.


“Qışda saç baxımının əsas prinsiplərindən biri intensiv nəmləndirmədir. Saçınızın elastikliyini və təbii parlaqlığını bərpa etməyə kömək edəcək nəmləndirici tərkibli şampunlar və kondisionerləri seçmək vacibdir”, –deyə Qalina Rusakova bildirib.


Həkim həftədə ən azı iki dəfə nəmləndirici maskalardan istifadə etməyin vacibliyini vurğulayıb:


“Saç maskaları vaxt qənaət və saça hərtərəfli qulluq baxımından faydalıdır. Əgər kəpək və ya seboreik dermatitiniz varsa, baş dərinizə qulluq etmək təbii tarazlığı bərpa etməyə və qıcıqlanmanı aradan qaldırmağa kömək üçün mütəxəssisdən məsləhət almalısınız”.


Trixoloq qeyd edib ki, aşağı temperatur qan damarlarının daralmasına səbəb olur və bu, saçın vəziyyətinə mənfi təsir göstərir. Odur ki, soyuq havada saçlarınızı açıq saxlamamlısınız, çünki onlar nəmini daha tez itirir, mat və kövrək olur.


Həm də nəzərə almaq lazımdır ki, metal və plastik daraqlar statik elektrikin yığılmasına kömək edir. Soyuq mövsümdə xoş masaj effekti verən, baş dərisinə qan dövranını yaxşılaşdıran və saç köklərini aktiv şəkildə qidalandıran taxta daraqlardan istifadə etmək tövsiyə olunur.


Mütəxəssis düzgün qidalanmanın, mütəmadi olaraq həkim müayinəsindən keçməyin və zəruri vitaminlərin qəbulunun vacibliyini də vurğulayıb:


“D vitamini çatışmazlığı, həmçinin A, C, E vitaminləri və dəmir, mis və sink kimi mikroelementlərdəki balanssızlıq saç problemlərinə səbəb ola bilər. Evdə qulluq gözlənilən nəticəni gətirməzsə, problemin səbəbini müəyyən etmək üçün bir mütəxəssislə əlaqə saxlamalı və trikoskopiya keçirməlisiniz”.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev