Kolonoskopiyanın vacib funksiyası bağırsaq xərçənginin erkən diaqnostikasıdır
25.12.2023 14:48

Kolonoskopiya dedikdə yoğun bağırsağın arxa keçəcəkdən kor bağırsağa qədər borulu alətlə müayinəsi başa düşülür.


Aztibb.az xəbər verir ki, qastroenteroloq-endoskopist Aynur Qurbanovanın bildiridiyinə görə, bağırsaqların müainəsi endoskopik prosedurlara aiddir, istifadə edilən alət isə kolonoskop adlanır: "Bu, optik hissədən və işıq mənbəyindən ibarət olan kameralı alətdir. Bu optik sistem bağırsağın daxili səthini işıqlandırmağa və ona birbaşa yaxud monitorda (videoendoskop) baxmağa imkan verir


Hansı xəstəliklər aşkarlana bilər?


Həkim qeyd edib ki, kolonoskopiyanın vacib funksiyası bağırsaq xərçənginin erkən diaqnostikasıdır – vaxtında aşkarlanarsa əksər hallarda cərrahi əməliyyatla aradan qaldırıla bilər. Bir tərəfdən bağırsaq xərçənginə meyilli olan insanlarda, digər tərəfdən şübhəli əlamətlər aşkarlanan xəstələrdə - qanlı nəcis, defekasiya aktının pozulması, səbəbsiz arıqlama, eləcə də yaşı 55-dən yuxarı olanlarda aparılması vacibdir.


Bağırsaq xərçənginin ilk mərhələsi poliplərdir ki, bunlar da endoskopik olaraq aşkarlana, çıxarıla və mikroskopik olaraq müayinə oluna bilər. Bunlardan əlavə xoralı kolt,babasil düyünləri,anal çat, bədxassəli törəmələr aşkarlana bilər.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev