Sistem sklerodermiya xəstəliyi və əlamətləri
25.12.2023 14:24

Sklerodermiya dəri və bədənin digər orqanlarına təsir edən sistemik bir autoimmün revmatoloji xəstəlikdir. Digər autoimmun xəstəliklərdə olduğu kimi, sklerodermiyada da orqanizmin immun sistemi bəzi öz hüceyrələrini yad maddə kimi qəbul etməsi (öz toxumalarına hücum etməsi) nəticəsində inkişaf edən autoimmun xəstəliklərdəndir.

 

Aztibb.az xəbər verir ki, revmatoloq Vüsalə Atakişiyeva sözlərinə görə, xəstəlik soyuqdan sonra (bəzən stresslə) bədənin uc nahiyyələrində, məsələn, əl və ayaq barmaqlarda meydana gələn ağrılı rəng dəyişikliklərinə səbəb olur.

 

Dəyişiklik barmaqların ucuna qan axını müvəqqəti olaraq kəsildikdə baş verir. Bu, xəstəliyin ilkin əlamətlərindən biridir. Sklerodermalı xəstələrin 90 faizindən çoxunda Reyno fenomeni olur. Barmaqlarda və ayaq barmaqlarında şişlik, rəngin dəyişməsi, uyuşma, ağrı, dəridə yara və qanqrenaya səbəb ola bilir.

 

Bu xəstəliyin əsas əlamətlərindən biri də dərinin bərkiməsi və qalınlaşması,rənginin tündəlşməsidir. Buna “skleroderma” deyilir.

 

Həkim qeyd edib ki, sklerodermiyanın səbəbi məlum deyil. Genetik faktorların və bəzi ətraf mühit amillərinin, eləcə də stress və yuxusuzluğun rolu diqqət cəlb edir.

 

Xəstəliyi erkən aşkar etmək, dəridə qan damarlarında olan zədələnmələrlə bağlı əmələ gələn yaraların və ya ağciyər tutulmasının qarşısını almaq mümkündür.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev