SARS-CoV-2 koronavirusunun yeni variantı bütün dünyada yayılır
25.12.2023 10:15

SARS-CoV-2 koronavirusunun JN.1 kimi tanınan yeni variantı bütün dünyada sürətlə yayılır. Variant Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, yüksək yoluxucu hesab olunur və əhalinin sağlamlığı üçün ciddi təhlükə yaradır.

 

Aztibb.az “Actual News” portalına istinadən xəbər verir ki, bububla bağlı ÜST açıqlamasında bildirib.

 

İyul ayında Omikronun yeni nəsli Pirola aşkar edildi. Mütəxəssislər Pirolanın (BA.2.86) əvvəlki variantı olan Omikron (BA.2) ilə müqayisədə daha çox mutasiyaya etməsini narahatlıqla bildirdilər.


Bununla belə, ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi bu variantın yaratdığı ictimai sağlamlıq riskinin digər dövriyyədə olan variantlarla müqayisədə aşağı olduğunu və Omikron üçün hazırlanmış COVID-19 peyvəndlərinin BA.2.86-ya qarşı təsirli olduğunu bildirib.


ÜST-ə görə, JN.1 narahatlıq doğurur (VOI) və xüsusilə qış mövsümünü yaşayan ölkələrdə bu halların sayının artmasına səbəb ola bilər. Bununla belə, digər Omikron xətləri ilə müqayisədə ictimai sağlamlıq üçün əlavə riskin aşağı olduğu qiymətləndirilir. ÜST-nin Viral Təkamül üzrə Texniki Məsləhət Qrupu belə qənaətə gəlib ki, vaksinlərinin effektivliyi JN.1-ə qarşı simptomatik və ağır xəstəliklərin tezliyini minimuma endirəcək.


Yapon alimləri tərəfindən aparılan bir araşdırma, JN.1-in bir neçə mutasiyaya malik olduğunu müəyyən edib. Dörd ölkədən - ABŞ, Fransa, İspaniya və Böyük Britaniyadan olan genomik müşahidə məlumatları da JN.1-in aktiv şəkildə yayılmasını təsdiqləyib.


Belə ki, SARS-CoV-2 koronavirusunun JN.1 kimi tanınan yeni variantı yüksək yoluxuculuğu və toxunulmazlıqdan yayınma qabiliyyətinə görə ciddi təhlükə yaradır.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev