PLOS Biology: Qadın göz yaşları kişilərdə aqressiyanı azaldır
24.12.2023 18:15

Qadınların göz yaşları kişilərə çox ciddi təsir edərək onların aqressiya dərəcəsini azalda bilər.


Aztibb.az xəbər verir ki, bu nəticəyə İsrail alimləri gəliblər və tədqiqat işi “PLOS Biology” nəşrində dərc olunub.


Tədqiqat nəticəsində məlum olub ki, qadınların göz yaşlarında kişilərdə aqressiv davranışın qarşısını ala bilən unikal kimyəvi maddələr var. Onların qoxusu, beynin aqressiya ilə birbaşa əlaqəli olan hissəsinin fəaliyyətinin kəskin azalmasına səbəb olur. Elm çoxdan bilirdi ki, gəmiricilərdə dişi göz yaşlarının qoxusu görünəndə kişi aqressivliyi tamamilə bloklanır.


Bir vaxtlar bu kəşf heyvanlar aləmində yayılmış, lakin insanlar arasında az inkişaf edən unikal proses olan sosial kimyosiqnallaşdırmanın parlaq nümunəsinə çevrilib. Qadınların göz yaşlarının insanlarda kişilərə oxşar təsir göstərib-götürmədiyini müəyyən etmək üçün tədqiqatçılar bir qrup kişini oyunu oynayarkən izləyiblər. Oyunun özü rəqiblərin bir-birinə qarşı ən aqressiv davranışını təhrik edəcək şəkildə qurulmuşdu.


Eyni zamanda, bəzilərinə sadə duzlu məhlul, digərlərinə isə əsl qadın göz yaşları verildiyindən, subyektlər nə qoxuladığını bilmirdilər. Nəticədə, kişilərə qadınların göz yaşlarını iyləmək icazəsi verildikdən sonra oyun zamanı rəqibə qarşı aqressiv davranış 40%-dən çox azalıb.


Bu eksperimentin MRT skanerində təkrarlanması nəticəsində alimlər beynin funksional vizualizasiyasını əldə ediblər və aşkarlayıblar ki, beynin hansısa şəkildə aqressiv davranışla əlaqəli olan iki sahəsi var - ön insula və prefrontal korteks.


Məhz onlar rəqibin oyun zamanı kişiləri təhrik etdiyi anda xeyli fəallaşdılar. Eyni zamanda qadınların göz yaşlarının təsiri bu zonaları daha az aktivləşdirib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev