Daim yemək istəyinə necə müqavimət göstərmək olar?
24.12.2023 12:49

“Nə qədər yesəm də, doya bilmirəm”, “Hər zaman aclıq hiss edirəm”, “Yemək istəyimə qarşı dura bilmirəm”... Oxşar cümlələr söyləyən, yemək istəyinə qarşı dura bilməyənlər az deyil.


Aztibb.az “TRT Haber”ə istinadən xəbər verir ki, daimi yemək istəyi getdikcə artan problemə çevrilir, xüsusən də bu gün, piylənmənin gündən-günə artdığı bir vaxtda.


Bəs niyə bəzi insanlar daim yemək istəyi hiss edirlər? Bu sualın tək cavabı yoxdur... Həm psixoloji, həm də fizioloji səbəblər çoxdur. Məsələn, stress, cansıxıcılıq, tənhalıq və hətta qəzəb kimi mənfi duyğular insanların daim yemək istəməsinə səbəb olur.


Qarşısıalınmaz yemək istəyinin də fizioloji ölçüsü var və onu tətikləyən bir çox amillər var. Hormonal səbəblər, leptin və insulin müqaviməti bunlardan bir neçəsidir.


Həll yollarını Dr. Elvan Yılmaz Akyüz belə izah edib: “Qidalanma hər bir canlının yaşaması üçün ehtiyacdır. Bu nöqtədə vacib olan sağlam və ağıllı yeməkdir. Çünki çox az və ya çox qidalanma bir çox sağlamlıq problemlərinə səbəb olur”.


Bəzi insanlar daim aclıq hiss etdikləri üçün daim yemək yeyirlər. Bəs buna səbəb nədir?


Aclıq iki yerə bölünür: fizioloji və psixoloji. Fizioloji səbəblərdən qanda qlükoza səviyyəsinin aşağı düşməsi nəticəsində aclıq hissi və bunun nəticəsində qida qəbul etmək istəyi yaranır. Bundan başqa, psixoloji səbəblərə görə orqanizmin ehtiyacı olmadığı halda impulsiv yemək istəyi yarana bilər. Fərdin davamlı yemək istəyinin arxasında hormonal səbəblər, həmçinin stress, narahatlıq və yuxusuzluq kimi vəziyyətlər ola bilər.


Həddindən artıq yemək istəyi nəyə səbəb olur?


Həddindən artıq yemək istəyinin oyanmasında ətraf mühit faktorları da təsirli rol oynayır: "İndiki dövrdə yağ, şəkər və dad elementləri artırılmış qidalar insanların özlərini tox hiss etdikdə belə yemək yeməsinə səbəb olur".


Bu qidaları qeyri-fizioloji olaraq istehlak etmək, həddindən artıq yemək və ya daimi qəlyanaltı hissi yaradır. Yeməkləri görmək, qoxulamaq və ya reklamlarda izləmək kimi ekoloji tətiklər və ya uşaqlıqdan stress, əhval dəyişikliyi kimi təsirlər bu vəziyyətin əsasını təşkil edə bilər.


Balanssız qidalanma, zülal və yağ məhdudlaşdırılmış qidalanma, qeyri-kafi su istehlakı, yeməklər arasında uzun fasilələr, kifayət qədər yatmamaq və stress səbəbiylə iştah hormonlarında balanssızlıq, leptin müqaviməti, insulin müqaviməti, rafinə qidaların həddindən artıq istehlakı, kifayət qədər istehlak edilməməsi kimi bir çox faktor liflə zəngin qidalar və s. daimi yemək istəyi artıran səbəblərdəndir.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev