Dünyanın müxtəlif ölkələrində koronavirusa yoluxma statistikası
28.10.2020 15:06

İspaniyada koronavirusun ikinci dalğası sürətlə artmaqda davam edir, pandemiyanın ən azı may ayındakı ən pis rekordları təzələnir.

 

Aztibb.az xəbər verir ki, İspaniyada son sutkada 279 ölüm halı qeydə alınıb. Bu, aprel ayından bəri görünməyən və bir gün ərzində ən yuxarı göstəricidir. Dünən 18.418 yeni yoluxma faktı qeydə alınıb ki, bu da ikinci dalğa üçün yeni antirekorddur.

 

Yoluxma hallarının əksəriyyəti Kataloniyada (4443), Əndəlüsdə (2905) və Madrid muxtar ərazisində (2185) qeydə alınıb.

 

Rusiyada bir gündə 16 202 nəfər koronavirus infeksiyasına yoluxub.

 

Ölkədə COVID-19 xəstələrinin ümumi sayı 1 563 976 nəfərə çatıb.

 

Bir gündə Rusiyada 12 361 nəfər sağalıb, 346 nəfər həyatını itirib. Ümumilikdə, ölkədə indiyədək koronavirusdan 1 171 301 xəstə sağalıb, 26 935 nəfər ölüb. Hazırda ölkədə 365 740 aktiv xəstə var.

 

Ən çox yoluxma halı (3670) Moskvada qeydə alınıb.

 

Ukraynada ötən gün 165 nəfər koronavirusdan həyatını itirib. Bununla da bu infeksiyadan ölənlərin ümumi sayı 6755 nəfərə çatıb. Ən çox ölüm faktı Lvov və Kiyev vilayətlərində qeydə alınıb.

 

Ötən gün Ukraynada 7474 nəfər koronavirusa yoluxub. Bununla da pandemiya dövründə Ukraynada koronavirusa yoluxanların sayı 363 min 75-ə çatıb, 148 min 642 nəfər müalicəsini başa vurub. 

 

İranda COVID-19 infeksiyasına daha 2 490 yoluxma faktı qeydə alınıb, 415 nəfər ölüb.

 

Beləliklə, İranda COVID-19-a yoluxanların sayı 588 648, ölənlərin sayı 33 714 nəfərə yüksəlib.

 

Son sutkada Qırğızıstanda COVID-19 virusuna yoluxanların sayı 538-ə, pandemiya dövründə isə 57 min 276 nəfərə çatıb. 24 saatda 414, pandemiya dövründə isə 48 min 678 pasiyent sağalaraq evə buraxılıb.

 

Son gün ərzində koronavirusdan 2 nəfər ölüb, həyatını itirənlərin sayı 1138 nəfərə çatıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib