Ürək xəstəliyi ilə hamilə qalmaq risklidirmi?
24.12.2023 14:35

Normal hamiləlikdə ürəyə əlavə yük düşür. Buna görə də əvvəlcədən ürək xəstəliyi olan qadınların bu artan yükə uyğunlaşması çətin ola bilər. Bu, ana və körpə üçün təhlükə yaradır.

 

Bu barədə Aztibb.az-a Liv Bona Dea Hospitalının həkimi, tanınmış ürək-damar cərrahiyyə uzmanı Cabir Gülmalıyev bildirib.

 

Onun sözlərinə görə, əvvəlcədən diaqnoz qoyulmuş ürək xəstəliyi varsa, hamilə qalmazdan əvvəl ürək xəstəlikləri mütəxəssisinə müraciət etməli, hamilə qalsanız hər hansı bir problemin olub-olmayacağını öyrənməlisiniz. Həkimin icazə verdiyi vaxtda hamilə qalmağınız tövsiyə olunur.

 

"Ürək xəstəliyi məlum olan hamilə qadınlar, kardioloq, mama-ginekoloq və gələcək ana da daxil olmaqla, komanda işi prinsipi ilə izlənilməlidir.

Öncədən bilinən ürək xəstəliyiniz varsa, hamiləlikdən əvvəl planlaşdırma və qoruyucu tədbirlərin görülməsi vacibdir!", - deyə uzman həkim əlavə edib.

 

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev