Sosial mediadan istifadəni azaltmaq psixi sağlamlığı yaxşılaşdırır - ARAŞDIRMA
23.12.2023 14:41

Almaniyada aparılan bir araşdırma, sosial mediadan gündə 30 dəqiqə istifadənin azaldılmasının psixi sağlamlığı və işdən məmnunluğu əhəmiyyətli dərəcədə yaxşılaşdırdığını ortaya qoyub.

Aztibb.az “TRT Haber”ə istinadən xəbər verir ki, Ruhr Universiteti və Alman Ruh Sağlamlığı Mərkəzi tərəfindən aparılan araşdırmada sosial mediadan istifadənin psixi sağlamlıq və iş performansına təsiri araşdırılıb.

Araşdırma çərçivəsində hamısı işləyən 166 iştirakçı 2 qrupa bölünüb.
Tədqiqatdan əvvəl qruplar arasında iş yükü, işdən məmnunluq, işlərinə bağlılıq, psixi sağlamlıq, stress səviyyəsi, işdən çıxarılma qorxusu kimi mövzularda sorğu keçirilib.

Birinci qrup gündəlik sosial media vərdişlərini davam etdirərkən, ikinci qrup 1 həftə ərzində gündəlik sosial media istifadəsini 30 dəqiqə azaldıb.

Tədqiqat nəticəsində 2-ci qrupda olan insanlarda çox işləmək hisslərində və işdən qovulmaq qorxusunda azalma müşahidə olunduğu, öz işinə daha çox diqqət yetirərək ruhi cəhətdən daha yaxşı hiss etdikləri və işlərindən daha çox məmnun olduqları müəyyən edilib.

Araşdırmanın müəlliflərindən biri olan Ruhr Universitetinin dosenti Culia Brailovskaya araşdırmanın nəticəsini belə izah edib: "Beynimiz daimi diqqəti yayındıran amillərin öhdəsindən gəlməkdə çətinlik çəkir. Xüsusilə diqqətimizi tapşırıqdan başqa yerə cəlb edənlərlə mübarizə aparır. Sosial medianı yoxlamaq üçün daim işini yarımçıq qoyan insanlar daha çətin anlar yaşayırlar".

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev