Hipodinamiya uzun müddətli hərəki aktivliyin olmaması ilə səciyyələnir
23.12.2023 08:24

XXI əsrdə insanlar əməyin avtomatlaşdırılması ilə əlaqədar getdikcə daha çox zamanının böyük hissəsini oturaq vəziyyətdə keçirir. Ofis işi, tıxaclarda saatlarla qalmaq, asudə vaxtlarınızda televizor və ya kompüter qarşısında saatlarla oturmaq.

Aztibb.az xəbər verir ki, Ümumi Cərrah-Fleboloq Emin Hüseynovun bildiridiyinə görə, bütün bunlar ürək-damar sisteminin pozulması, oynaq ağrısı, piylənmə və bir çox digər xəstəliklərə fon yaradır. Hipodinamiya (hipokineziya) - uzun müddətli hərəki aktivliyin olmaması ilə səciyyələnən bir haldır.

Həkim qeyd edib ki, hipodinamiya potoloji və funksional olaraq iki yerə bölünür.

Potoloji hipodinamiya zamanı xəstəlik səbəbindən uzun müddət məcburi yataq rejimində olan xəstələrdə, travma ilə əlaqədar olaraq uzun müddətli hərəkət məhtudluğu olan insanlarda, funksional hipodiamiya isə daimi oturaq həyat tərzi keçirən insanlarda (ofis işçiləri və s.) rast gəlinir.

Uzunmüddətli hərəki məhtudluq nəticəsində bir çox orqan və sistemlərin fəaliyyəti, qan və limfa dövranı pozulur. Bütün bunlar, funksional sistemlərin - homeostazın pozulmasına səbəb olur.

Araşdırmalara görə, fiziki fəaliyyətin məhdudlaşdırılması bütün orqan və toxumaların fəaliyyətinin zəifləməsinə gətirib çıxarır. Potoloji hipodinamiya ilə mübarizədə uzunmüddətli reabilitasiya əvəzolunmaz bir vasitədir.

Həkim bildirib ki, reabilitasiyanın ilkin əsas şərti fiziki yükün tədricən artırılmasından ibarətdir. Reabilitasion hərəkətlər bütün dayaq-hərəkət sisteminin güclənməsinə, əzələlərdə və orqanlardakı qan dövranının yaxşılaşdırılmasına və psixo-emosional vəziyyətin normallaşmasına yönəldilib.

“Yadda saxlamaq lazım ki, funksional hipodinamiyanın əsas profilaktikası daimi aktiv hərəkətdir. Müxtəlif fiziki hərəkətlər və idman hərəkətləri əzələ sistemini və dayaq – hərəkət sistemini və bütünlüklə bütün bədəni möhkəmləndirir. Daimi olaraq gündəlik yürüyüş, qaçış, üzgüçülüklə məşqul olmaq, fitnes dərsləri belə sizin sağlamlığınıza müsbət təsir edəcəkdir”, -deyə ekspert vurğulayıb.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev