Travmatoloq: Fəqərə sürüşməsinin müalicəsi sürüşmə dərəcəsinə, simptomlara, xəstənin yaşına və ümumi sağlamlığına bağlıdır
23.12.2023 07:19

Spondilolistez fəqərə sürüşməsi olub onurğanın qeyri-sabitliyini ehtiva edən bir vəziyyətdir. Bu da fəqərələrin lazım olduğundan daha çox hərəkət etməsi deməkdir. Çünki bir fəqərə yerindən aşağıda olan fəqərənin üzərinə sürüşür.

Aztibb.az xəbər verir ki, uzman travmatoloq-ortoped Məzahir Ağazadənin sözlərinə görə, bir sinirə ani təzyiq göstərilməsi bel və ya ayaq ağrısına səbəb ola bilər.

Qeyd edib ki, onurğanın həddindən artıq uzanması gənc idmançılarda spondilolistezin əsas səbəblərindən biridir: “Burada genetik amil də rol oynaya bilər. Bəzi insanlar daha nazik onurğa sümüyü ilə doğulur. Yaşlı insanlarda onurğanın və disklərin aşınması (vertebralar arasındakı yastıqlar) bu vəziyyətə səbəb ola bilər. Fəqərə sürüşməsi müalicəsi, sürüşmə dərəcəsinə, simptomlara, xəstənin yaşına və ümumi sağlamlığına bağlıdır”.

Pasiyentdə yüksək dərəcəli spondilolistez (fəqərə sürüşməsi) varsa, ağrı şiddətlidirsə və ya cərrahi olmayan müalicələri sınanıbsa, ortoped-travmatoloq cərrah əməliyyat tövsiyə edə bilər.

Həkim spondilolistez cərrahi müalicəsinin məqsədlərini sadalayıb:

- Qıcıqlanmış sinirdən ağrıların aradan qaldırılması,
- Fəqərə sürüşməsi olan yerdə onurğa sütununu sabitləşdirilməsi,
- Onurğa funksiyasının bərpa edilməsi.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev