Əməliyyat sonrası damarların genişlənməsi təkrarlanırmı?
22.12.2023 10:06

Bir çox xəstələri bu sual maraqlandırır: "Varikoz damar əməliyyatından sonra damarların yenidən çıxma ehtimalı varmı?"

Aztibb.az xəbər verir ki, sualla bağlı cərrah-fleboloq Möhsüm Əsgərov fikirlərini bildirib.

Varikozun aradan qaldırılması üçün ən müasir və effektiv üsul genişlənmiş damarların lazerlə müalicəsidir.

Bəzən həkim-fleboloqlar xalq təbabəti üsullarından yararlanmaqla orqanizmə fayda vermək əvəzinə, əksər hallarda təhlükəli ağırlaşmalara səbəb olurlar. Xalq təbabəti üsulları ilə anatomik olaraq öz funksiyasını itirmiş damarların aradan qaldırılması baş vermədiyi üçün bu üsullar yalnız səthi müalicə hesab edilir. Mütləq müalicə etməzdən əvvəl bir həkim-fleboloqla məsləhətləşmək tövsiyə olunur.

Hazırda tibbin geniş imkanları sayəsində varikoz damarlar kəsik aparılmadan, narkoz verilmədən, həmçinin yataq rejimi olmadan çox rahatlıqla yox edilir.

Əməliyyatdan sonrakı dövr müddətində müəyyən qaydalara riayət edilərsə, varikoz damar problemi yenidən yaranmır. Ancaq başa düşmək lazımdır ki, yalnızca cərrahi müdaxilənin olduğu damarlar yenidən genişlənmir. Yəni əməliyyatdan sonrakı dövrdə genişlənmiş damarların boşluğu olmur və onlar ancaq nazik iplər kimi görünürlər. Beləliklə, bu damarlar vasitəsilə qan axını baş vermir. Buna görə əməliyyat sonrası dövrlərdə təkrarən damarların genişlənməsi hadisəsi olmur.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev