EJP: Uşaqlıq travması böyüklərdə xroniki ağrı sindromuna səbəb ola bilər
21.12.2023 11:07

Kanada alimləri uşaqlıqda travmatik hadisələrlə qarşılaşan insanların xroniki ağrı sindromu inkişaf riskinin artdığını aşkar ediblər.

Aztibb.az xəbər verir ki, təticələr “European Journal of Psychotraumatology” (EJP) jurnalında dərc olunub.

Yeni araşdırma uşaqlıqda travmatik hadisələrin gələcək fiziki sağlamlığa təsiri ilə bağlı əvvəlki 57 elmi araşdırmanın nəticələrinə əsaslanır. Araşdırmaya 826452 könüllünün məlumatlarının istifadəsi cəlb edilib.

Tədqiqatlar zamanı iştirakçıların fiziki sağlamlığı haqqında məlumatlar qeydə alınıb. Subyektlərdən, həmçinin uşaqlıqda fiziki, cinsi və ya emosional zorakılıq, eləcə də müxtəlif etinasızlıq formaları ilə qarşılaşıb-qarşılaşmadıqlarını bildirmələri istənilib.

Meta-analiz, uşaqlıqda müxtəlif sui-istifadə və ya laqeydliyə məruz qalmış insanların travmaya məruz qalmayanlara nisbətən yetkinlik dövründə xroniki ağrıları bildirmə ehtimalının 45% daha çox olduğunu müəyyən edib. Bundan əlavə, uşaqlıqda fiziki zorakılıq xroniki xəstəlik səbəbindən əlilliyin inkişafı ehtimalının yüksək olması ilə əlaqələndirilib.

Tədqiqatın müəllifləri ümid edirlər ki, uşaqlıq travması ilə xroniki ağrı arasındakı dəqiq əlaqəni başa düşmək tibb işçilərinə zorakılığın uzunmüddətli mənfi təsirini azaltmaq üçün hədəflənmiş strategiyalar hazırlamağa imkan verəcək. Alimlər həmçinin bu iki fenomen arasındakı əlaqənin altında yatan mexanizmlərin daha dərin öyrənilməsinin zəruriliyini bildiriblər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev