Uşaqların qadcet istifadəsinin autizmin inkişafındakı rolu araşdırılıb
24.12.2023 10:35

İsrailin Ariel Universitetinin alimləri ekranda uzun müddət qalmanın uşaqlarda autizm spektri pozğunluğunun (ASD) inkişafı ilə əlaqəli olduğuna dair heç bir inandırıcı dəlil müəyyən etməyiblər.

Aztibb.az xəbər verir ki, tədqiqatla bağlı nəticələr “Journal of the American Medical Association” jurnalənda dərc edilib.

Yeni araşdırma əvvəlki 46 elmi məqalənin nəticələrinə (meta-analiz) əsaslanır.

Tədqiqatlarda ümumilikdə 562 131 könüllü iştirak edib. Elm adamları uşaqların televizor, planşet və kompüter ekranları qarşısında nə qədər vaxt keçirdikləri barədə məlumatları qeydə alıblar. Daha sonra tədqiqatçılar daha çox ekran vaxtının ASD inkişaf riskinə təsir edib-etmədiyini müəyyən etməyə çalışıblar.

Qeyd edək ki, ASD sosial qarşılıqlı əlaqə və ünsiyyətdə pozğunluqlarla xarakterizə olunan neyroinkişaf pozğunluğudur.

Təhlil nəticəsində alimlər qadcetlərdən həddindən artıq istifadə ilə uşaqlarda autizm spektri pozğunluğunun inkişaf ehtimalının artması arasında inandırıcı əlaqə tapmayıblar. Tədqiqatın müəllifləri qeyd ediblər ki, çox güman ki, ASD olan uşaqlarda ilkin olaraq qadcetlərə maraq artır və nəticədə də qadcetlə çox zaman keçirirlər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev