Uşaqlarda onurğa əyriliklərinə qarşı müasir fizioterapevtik müalicə tövsiyə olunur
23.12.2023 13:09

Müasir dövrdə uşaqlarda onurğa əyriliklərinın, skoliozun rast gəlmə tezliyi xeyli artmışdır. Bu dəyişikliklər əsasən yeniyetməlik dövründə başlayır və uşaqların onurğasına düşən yük, həyat tərzinə uyğun olaraq arta bilir.

Aztibb.az-a “Caspian International Hospital"dan verilən məlumata əsasən, uşaqların məktəb yükü, daşıdıqları çantalar, davamlı olaraq telefon istifadəsi onurğa əyriliklərinin geniş yayılmasına səbəb olub. Bundan başqa, genetik faktorlar, əzələ zəifliyi, müxtəlif travmalar onurğa əyriliklərinə gətirib çıxarır.
⠀
Valideynlər onurğa əyriliyindən necə şübhələnə bilərlər?

• Çiyinlərin müxtəlif hündürlükdə olması,
• Onurğanın yana əyilməsi,
• Qabırğaların önə çıxması,
• Kürəkdə gözə çarpan əyrilik və çanaqda assimetrik görüntü həkimə müraciət etmək üçün vacib əlamətlərdir.

Onurğa əyriliklərinin diaqnostikası həkim müayinəsi, rentgen və MRT kimi müayinə üsulları tətbiq olunaraq aparılır.

Uşaqlarda onurğa əyriliklərinin müalicəsi uşağın yaşı, onurğanın əyrilik dərəcəsi, ümumi sağlıq vəziyyətinə əsasən təyin olunur. Hazırda müasir fizioterapevtik metodlar onurğa əyriliklərini uğurla müalicə etməyə və müsbət nəticələr almağa kömək edir.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev