Hematuriya - Sidikdə qan hansı xəstəliklərin əlamətidir?
19.12.2023 13:06

Hematuriya sidikdə adi gözlə görünən və ya yalnız mikroskop altında aşkar edilən miqdarda qanın olmasıdır. Bu, sadəcə bir əlamətdir və mütləq diqqətə alınmalıdır. Çünki hematuriya bir çox xəstəliyin simptomu ola bilər.

Aztibb.az xəbər verir ki, “Caspian International Hospital”ın mütəxəssisləri xəstəliyin bəzi mümkün səbəblərini sadalayıb:

Sidik yollarının infeksiyaları: Böyrəklərin, sidik kisəsinin və ya sidik kanallarının infeksiyası hematuriyaya səbəb ola bilər.

Böyrək və ya sidik kisəsi daşları: Daşlar qan damarlarına zərər verə və qanaxma yarada bilər.

Travma: Böyrəklərin, sidik kisəsinin və ya sidik yollarının zədələnməsi hematuriya ilə nəticələnə bilər.

Böyrək xəstəlikləri: Qlomerulonefrit və ya polikistik böyrək xəstəliyi kimi müxtəlif böyrək xəstəlikləri hematuriya ilə əlaqəli ola bilər.

Xərçəng: Böyrək xərçəngi, sidik kisəsi xərçəngi və ya sidik sistemindəki digər şişlər qanaxma verə bilər.

Qan dövranı pozğunluqları: Bəzi qan dövranı pozğunluqlarının hematuriya ilə nəticələnməsi mümkündür.

Əgər hematuriyadan şübhələnməyə əsas varsa və ya sidiyin rəngində dəyişikliklər müşahidə olunursa, diaqnoz üçün mütləq həkimə müraciət etmək və səbəbi müəyyənləşdirmək məsləhət görülür.

Hematuriyanın səbəbini aydınlaşdırmaq və müvafiq müalicəni təyin etmək üçün tibbi müayinə, o cümlədən sidik analizi, ultrasəs, KT və digər testlər tələb oluna bilər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev