Endometrioz uzun müddət əlamətlərsiz və ya zəif əlamətlərlə görülür
19.12.2023 10:16

Endometrioz zamanı endometrium (uşaqlığın selikli qişası) hüceyrələri digər orqanlara: uşaqlıq boynuna, artımlara, hətta qarın boşluğuna və ağciyərlərə yayılır.

Aztibb.az xəbər verir ki, “Spero Hospital”ın mütəxəssislərinin bildidiyinə görə, endometriozun səbəbləri hələ də aydınlaşdırılmamışdır, amma hesab edilir ki, hormonal və immun sistemdə hansısa pozğunluq rol oynayır, irsi meyl də təsir göstərə bilər. Risk faktorlarına doğuş zamanı yaranan çətinliklər, gec doğuşlar, keysəriyyə əməliyyatı, abort aiddir.

Endometriozun iki forması, daxili endometrioz (ən çox rast gəlinən) — endometroid toxuma yalnız uşaqlığın əzələ qişasında (adenomioz), boru və yumurtalıqlarda yerləşdikdə və xarici, ekstragenital endometrioz — endometroid toxuma digər orqanlarda yerləşdikdə, ayırd edilir.

Endometrioz üçün qarnın aşağısında ağrılar, ağrılı menstruasiyalar, menstruasiyadan əvvəl və sonra yaxma və ya qanaxma xarakterikdir. Əgər endometroid hüceyrələr bağırsaqda yerləşərsə, bitişmə səbəbindən bağırsaq keçməməzliyi inkişaf edə bilər.

Endometrioz uzun müddət əlamətlərsiz və ya zəif əlamətlərlə gedə bilər. Əgər xəstəliyin başlanğıcında tədbirlər görülməzsə, çox ağır nəticələnə bilər: sonsuzluqdan başqa, anemiya, zəiflik (qanaxma səbəbindən), nevroloji pozğunluqlar, endometroid hüceyrələrin bədləşməsi ola bilər.

Endometriozun diaqnostikasında çoxlu üsullar istifadə edilir: USM, laparoskopiya, histeroskopiya, biopsiya. Müalicə fərdi qaydada təyin edilir, əsasən hormonal terapiya, göstərişə görə invaziv laparoskopik əməliyyat ola bilər.