Limfa düyünləri niyə böyüyüyr?
19.12.2023 08:06

Limfa düyünləri orqanizmin kiçik bioloji filtrləridir. Onların əsas funksiyası bədəni qorumaqdır. Bütün limfa axını düyünlərdən keçdiyi zaman məhz burada təmizlənir. Axınla gələn zədələnmiş və ya bədxassəli hüceyrələr, yoluxucu mikroorqanizmlər düyünlərdə süzülərək məhv edilir.

Aztibb.az xəbər verir ki, “Caspian International Hospital”ın instaqram səhifəsində kiçik limfa düyünlərinin sağlam insanlarda tez-tez hiss edildiyi, böyük limfa düyünlərinin isə palpasiya zamanı aşkar edildiyi və müxtəlif xəstəliklərin əlaməti ola biləcəyi qeyd edilib.

Bəs bunlar hansılardır?

İnfeksiyalar: Limfa düyünləri qrip, soyuqdəymə, vərəm kimi viral və ya bakterial infeksiyalara cavab olaraq şişir.

İltihab: Limfa düyünləri yaxınlıqdakı toxumalarda iltihaba cavab olaraq böyüyə bilər. Məsələn, diş və ya boğazda infeksiya boyundakı limfa düyünlərini şişirdə bilər.

Xərçəng: Bəzi xərçəng növləri limfa düyünlərini genişlədir. Məsələn, lenfomalar və leykemiyalar limfa sistemində dəyişikliklər yaradır.

Autoimmun xəstəliklər: Revmatoid artrit kimi bəzi autoimmun xəstəliklər limfa düyünlərinin böyüməsi ilə sonuclanır.

Allergiyalar: Allergik reaksiyaların da limfa düyünlərində şişmə yaratması mümkündür.

Əgər bədəndə böyümüş limfa düyünləri varsa və bu vəziyyət iki həftədən çox davam edirsə və ya digər əlamətlərlə müşayiət olunursa, diaqnoz qoymaq və böyümüş limfa düyünlərinin səbəbini müəyyən etmək üçün həkimə müraciət etmək vacibdir. Diaqnozu təsdiqləmək üçün müxtəlif laboratoriya testləri, müayinə və ya limfa düyünlərinin biopsiyası tələb oluna bilər.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev