Tükbaş qurdu - Yoluxmuş adamlarda hansı əlamətlər görülür?
18.12.2023 11:39

Tükbaş qurdları yoluxmuş adamların yoğun bağırsağında yaşayırlar. Uzunluqları 3,0 - 5,5 sm çatır. Qurdlar tük kimi nazik başları ilə bağırsağın divarını və oradakı qan damarlarını deşirlər, zəli kimi qan sorurlar.

Aztibb.az-a “Spero Hospital”dan verilən məlumata əsasən, yoluxmuş adamın bağırsağında bir neçə dənədən minlərləyədək tükbaş qurdları ola bilər. Onların hər biri sutkada 0,005 ml qan içir.

Miqdarı az olanda xəstə uzun müddət heç bir ciddi narahatlıq hiss etməyə bilər. Parazitlərin sayı 800-dən çox olanda qan azlığı (anemiya) yaranır.

Tükbaşlar yoğun bağırsaqda 5 ildən çox yaşayırlar. Dişi qurdlar vaxtaşırı yumurtalayırlar (sutkada hər biri 3500 dək).Tükbaş qurdlarına yoluxma onun yumurtalarını udanda olur. Yoluxma adətən tozlu havadan, çirkli əllərdən, yaxşı yuyulmamış meyvə-tərəvəzdən və s.baş verir.

Bu qurda yoluxmuş adamlarda müxtəlif əlamətlər ola bilər:

- ağızdan, tərdən, nəcisdən pis qoxu gəlməsi,
- öyümə, qusma, selik axma,
- diş ətinin qanaması, diş qıcıltısı, ağızda-dildə yaralar (stomatit),
- tez-tez soyuqlama, xroniki tonzillit,
- qan azlığı,
- qarın və baş ağrıları, baş hərlənmə, özündən getmə,
- halsızlıq, qəbzlik ya ishal, uşaqlar fiziki inkişafdan geri qala bilər,
- iştah pozulması, arıqlama,
- gözlərin zəyifləməsi,
- dəridə səpkilər, sızanaqlar, qaşınmalar, saçların tökülməsi, yuxusuzluq,

Bundan əlavə, tükbaş qurdları apendisitin əsas səbəbidir.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev