Qızılcaya qarşı A vitamini ilə bol qida istehlakına diqqət!
18.12.2023 11:24

Orqanizmdə A vitamininin səviyyəsinin az olması hazırda əsasən uşaqlar arasında daha çox yoluxma halı qeydə alınan Qızılca xəstəliyinin daha çox ağırlaşmasına səbəb olur. Vitamin A çatışmazlığı ağır fəsadların artması riski ilə əlaqələdir və göz sağlamlığına təsir göstərir.

Aztibb.az-a “Referans Klinik Laboratoriya və Poliklinika Mərkəzi"ndən verilən məlumata əsasən, bu səbəbdən qida rasionumuzda A vitamini bol olan qidaların olmasına mütləq şəkildə diqqət yetirməliyik.

Məlumdur ki, A vitamini bədəndə çoxsaylı funksiyaları yerinə yetirir. Göz sağlamlığına müsbət təsirləri səbəbiylə A vitamini ilə zəngin olan yerkökü keçmişdən bu günə qədər oftalmoloq olaraq xarakterizə edilir. Bədənin bir çox orqan və sistemlərində müxtəlif funksiyaları olan A vitamininin çox müsbət təsirləri vardır.

A vitamini bir çox heyvan və bitki mənşəli qidalarda müxtəlif miqdarda olur. Dənli bitkilər, çörək, qırmızı ət, balıq və dəniz məhsulları, süd və ondan hazırlanan məhsullar, təzə meyvə və tərəvəzlər, xüsusilə narıncı və sarı tərəvəzlər A vitamininin mühüm mənbələridir. Daha konkret desək, bu vitaminin ən zəngin mənbələri olaraq təyin oluna bilən A vitamini ehtiva edən qidaları aşağıdakı kimi sıralamaq olar:

- Pomidor, yerkökü, yaşıl və qırmızı bibər kimi rəngli tərəvəzlər;
- İspanaq, brokkoli və yaşıl yarpaqlı tərəvəzlər;
- Qovun və manqo kimi meyvələr;
- Balıq yağları;
- Qaraciyər;
- Süd və pendir;
- Yumurta;
- Vitaminlərlə zənginləşdirilmiş hər növ qidalar.

Orqanizminizdə A vitamin səviyyəsinin təyini bütün Referans filiallarında və biomaterial qəbulu məntəqələrində aparılır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev