Yaponiya hökuməti koronavirusa qarşı ödənişsiz peyvənd haqqında qanun layihəsini bəyənib
28.10.2020 08:38

Yaponiya hökuməti koronavirusa qarşı ödənişsiz peyvənd, həmçinin bu zaman əlavə təsirlər və ya digər problemlər yaranacağı halda pulsuz müalicə haqqında qanun layihəsini bəyənib.

 

Bununla əlaqədar Yaponiya hökuməti peyvəndin hazırlanması ilə məşğul olan ABŞ və Böyük Britaniyanın farmasevtik şirkətləri ilə razılıq əldə edib. Bildirilir ki, Yaponiya ümumi peyvənd vurulmasına 2021-ci ilin birinci yarısında başlamağı planlaşdırır.

 

Qeyd edilir ki, Nazirlər Kabineti profilaktik peyvəndləmə ilə bağlı qanuna dəyişiklikləri oktyabrın 27-də bəyənib. Layihədə ölkənin bütün əhalisi peyvəndin həyata keçirilməsinə çağırılır. Peyvəndin yerli hakimiyyət orqanları tərəfindən təqdim olunacağı, bunun xərclərinin isə mərkəzi hökumət tərəfindən qarşılanacağı bildirilir.

 

Qanun layihəsinə görə, peyvəndin vurulmasından sonra sağlamlıqla əlaqədar problem yaranarsa, hökumət bunun müalicəsini öz üzərinə götürəcək. Farmasevtik şirkət yaranan problemlə bağlı ziyan çəkəcəyi təqdirdə də hökumət bunun əvəzində kompensasiya ödəyəcək.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib