Uşaqlar arasında yayılan pnevmoniya hansı simptomlarla bilinir
16.12.2023 18:46

Mikoplazma pnevmoniyası - Mycoplasma pneumoniae bakteriyasının səbəb olduğu atipik ağciyər infeksiyasıdır. Patogen traxeyanı, bronxları və ağciyər toxumasını zədələyir.


Aztibb.az-a “Referans Klinik Laboratoriya və Poliklinika Mərkəzi"ndən məlumata əsasən, Mikoplazma pnevmoniya qrip, covid, qızılca və ya suçiçəyi ilə müqayisədə daha az yoluxucudur. Buna yoluxmaq üçün xəstə bir insanla uzunmüddətli əlaqə lazımdır, buna görə də bu infeksiya ən çox uşaq bağçaları, məktəblər, kazarmalar, ofis otaqlarında baş verir.


Mikoplazma pnevmoniyası (bəzən “atipik pnevmoniya” adlanır) bütün pnevmoniya hallarının 15-20%-ni təşkil edir. Bəzən onlar epidemiyalara səbəb ola bilər, xüsusən də məktəb yaşlı uşaqlar arasında.


Mycoplasma pneumoniae infeksiyasının səbəb olduğu pnevmoniya aşağıdakı simptomlarla xarakterizə olunur:


* şiddətli zəiflik,
* titrəmə,
* baş ağrısı,
* əzələlərdə və oynaqlarda ağrılar,
* hərarətin 38-39 ° C-ə qədər yüksəlməsi;
* öskürək, əvvəlcə quru, sonra az miqdarda şəffaf, ağımtıl və ya irinli bəlğəm şəklində olur;
* öskürək zamanı sinədə ağrı.


Mycoplasma pneumoniae ilə yoluxma zamanı immun sistemi spesifik immunoqlobulinlər sintez edir: IgM və IgG.


Qana daxil olan bakteriyalara cavab olaraq ilk öncə immunoqlobulin M əmələ gəlir. Onun səviyyəsi ilk həftələrdə maksimuma qədər yüksəlir, sonra isə tədricən azalmağa başlayır. IgM qanda bir neçə aya qədər qalır.
Qanda Mycoplasma pneumoniae-ya qarşı M sinif immunoqlobulinlərinin aşkarlanması mikoplazma infeksiyasının kəskin dövrünü göstərir.


Mycoplasma pneumoniae üçün G sinif immunoqlobulinlərinin sintezi təxminən 2-4 həftədən sonra başlayır və uzun müddət (bir il və ya daha çox) davam edir.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev