Bu test qızılca xəstəliyinin diaqnostikasında əhəmiyyətlidir
16.12.2023 17:17

Qızılca son dərəcə yoluxucu xəstəlikdir və hava-damcı yolu ilə ötürülür. Virus əsasən tənəffüs yollarının selikli qişasını və udlağın arxa divarını yoluxdurur. Əksər insanlar bir neçə həftə ərzində sağalır, lakin təxminən 20%-də qulaq infeksiyaları, bronxit, pnevmoniya, ishal, ensefalit və korluq kimi ağırlaşmalar inkişaf edir.


Aztibb.az-a bu barədə "Referans Klinik Laboratoriya və Poliklinika Mərkəzi"ndən məlumat verilib.


Simptomları:


- yüksək hərarət,
- quru öskürək,
- qızarmış gözlər,
- işığa həssaslıq,
- burun axması,
- boğaz ağrısı,
- ağızın selikli qişasında xırda ağ ləkələr və adətən üzdən başlayan gövdə və ayaqlara yayılan səpgilər.


İmmun sisteminin patologiyası və ya A vitamini çatışmazlığı olan insanlarda, eləcə də yaxşı qidalanmayanlarda xəstələnmə riski daha yüksəkdir. Hamilə qadınlar üçün qızılca düşük və ya vaxtından əvvəl doğuş üçün təhlükəlidir.
Qızılca virusu zamanı infeksiyaya cavab olaraq, orqanizm iki növ spesifik immunoqlobulin sintez edir: IgM və IgG.
Əvvəlcə IgM sintez olunur. İgM səviyyəsi bir neçə gün ərzində maksimuma yüksəlir və sonrakı həftələrdə tədricən azalmağa başlayır.


IgG sintezi bir az gec, infeksiyadan 2-4 həftə sonra başlayır, lakin onların konsentrasiyası bir neçə onilliklər ərzində davam edərək təkrar infeksiyaya qarşı qorunma təmin edir.


İgG peyvənddən sonra da aşkar edilir, buna görə də qızılca virusuna qarşı immunitetin göstəricisi kimi təyin edə bilərlər.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev