Alimlər qocalma prosesinə maneə törədən dərman hazırlayıblar
16.12.2023 12:49

Bir qrup tədqiqatçı insan orqanizmində qocalma prosesinə maneə törədə bilən yeni dərman hazırlayıb.


Aztibb.az xəbər verir ki, bu barədə TASS müxbiri ilə söhbətində Volqoqrad Dövlət Tibb Universitetinin İnnovativ Təbabət Elmi Mərkəzinin direktoru, əczaçılıq elmləri doktoru Denis Babkov danışıb.


“Yaşla, eləcə də müxtəlif xəstəliklərlə, xüsusən də şəkərli diabetlə toxumalarda onların fəaliyyətini pozan maddələr toplanır. Maddələr bu prosesə maneə törədir və kollagen normal olaraq qalır. Bu cür dərmanlar ürək-damar xəstəliklərinin qarşısının alınması və sağlam uzunömürlülüyü uzatmaq üçün - təbii qocalma prosesini ləngitmək üçün lazımdır”, - deyə D.Babkov bildirib.


Kollagen bədənin birləşdirici toxumalarının, xüsusən də dərinin, vətərlərin, qan damarlarının və qığırdaqların əsasını təşkil edən və onların normal fəaliyyətinə cavabdeh olan bir proteindir.


Alimlərin fikrincə, yeni dərman nəinki şəkərli diabetin irəliləməsinin qarşısını alacaq, həm də ürək-damar xəstəlikləri və sinir sistemi xəstəlikləri, o cümlədən Alzheimer xəstəliyi olan xəstələrin vəziyyətini yaxşılaşdıracaq.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev