Braziliya, Fransa və Türkiyədə koronavirusa gündəlik yoluxma statistikası
28.10.2020 08:58

Braziliyada son sutka ərzində daha 29 787 nəfərin koronavirus infeksiyasına yoluxması, 549 nəfərin isə bu virusdan ölməsi təsdiqlənib.

 

Aztibb.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

 

Nazirlik bildirib ki, indiyədək Braziliyada koronavirusa ümumilikdə 5 439 641 nəfər yoluxub. Bu müddət ərzində 157 946 koronaviruslu xəstə dünyasını dəyişib. Həmçinin bu günədək 4 904 046 xəstə müalicə olunaraq sağalıb.

 

Fransada COVID-19-a gündəlik 33 417 yeni yoluxma faktı, 292 ölüm faktı qeydə alınıb. 

 

Fransa Səhiyyə İdarəsindən bildirilib ki, epidemiya başlayandan ölkədə ümumi yoluxanların sayı 1 198 695-ə çatıb.

 

Ümumilikdə xəstəxanalarda 18 955 koronavirus xəstəsi var ki, onlardan 2988-i son 24 saat ərzində xəstəxanaya yerləşdirilib.

 

Türkiyədə son sutka ərzində COVID-19-dan daha 76 nəfər dünyasını dəyişib.

 

Son 24 saatda 127 651 şübhəli koronavirus testindən keçib, onlardan 2209-nun cavabı pozitiv çıxıb, 1511 xəstə isə sağalaraq evə buraxılıb. Ölkədə ağır xəstə sayı 1827 nəfər olub.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib