Pediatr: Uşaqların xəstəliklərdən qorunması icbari dispanserizasiyanın əsas məqsədidir
15.12.2023 09:01

Azərbaycan Pediatrlar Assosiasiyasının və bir qrup yerli klinikaların dəvəti ilə tibb sahəsində yüksək kateqoriyalı türkiyəli həkimlər elmi-praktiki konfransda iştirak etmək məqsədilə ölkəmizə səfər ediblər.

Aztibb.az xəbər verir ki, Mingəçevirdə keçirilən Ümummilli Lider Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş “Uşaq sağlamlığına kompleks yanaşmanın aspektləri” mövzusunda konfrans Səhiyyə Nazirliyi, Azərbaycan Pediatrlar Assosiasiyası və Uniklinikanın birgə təşkilatçılığı, Mingəçevir Regional Hospitalın dəstəyi ilə baş tutub.

Tədbirdə açan Azərbaycan Pediatrlar Assosiasiyasının sədri, MDB Ölkələrinin Pediatrları Federasiyasının vitse-prezidenti, Azərbaycan Tibb Universitetinin dosenti, tibb üzrə fəlsəfə doktoru Təranə Tağı-zadə Ümummilli Lider Heydər Əliyevin müstəqil Azərbaycanın quruculuğu yolunda tarixi fəaliyyətindən, ölkəmizin iqtisadi dirçəlişi və xalqımızın tərəqqisi naminə müstəsna xidmətlərindən, tibb sahəsinin inkişafı istiqamətində atdığı addımlardan bəhs edib.

Son illər səhiyyəmizin inkişa­fının yeni mərhələyə qədəm qoyduğunu deyən T.Tağızadə əhalinin sağlamlığının qorunması problem­lərinin həllinə nail olmaq istiqamətində ölkə rəhbərliyi tərəfindən müəyyən edilən inkişaf strategiyasının əhəmiyyətindən danışıb. Azərbaycan səhiyyəsinin dünya standartlarına uyğun qurulması, həkimlərin peşəkarlığının artırılma­sı yönündə genişmiqyaslı islahatların həyata keçirildiyini bildirib.

Səhiyyə Nazirliyi tərəfindən 8 DTT balı ilə dəyərləndirilən, 200-dən çox iştirakçısı olan konfransın elmi hissəsində Altınbaş Universitetindən professorlar – Gizem Zengin Ersoy, Aysel Taktak, Samed Erinç, Bahçeşehir Universitetindən professor Tunç Fışqın, Bakırköy Həkim Sədi Konuk Təhsil və Araşdırma Xəstəxanasından professor Hasret Ayyıldız Civan, Uniklinikadan radioloq Nurlan Hüseynov, travmotoloq Vüqar Mürşüdlü, Fetal Mərkəz NS Genetiks klinikasından sitogenetik Vüsalə Əliyeva, genetik Ayşən Azadova, UniPediatri - Uşaq sağlamlığı və uşaq xəstəlikləri klinikasından uşaq kardioloqu Elşən Rzayev və və pediatr Elnur Hüseynov tərəfindən təqdimatlar nümayiş olunub.

Təqdimatlarda xüsusi qayğıya ehtiyacı olan, fiziki, əqli və ya sosial inkişafında funksional çatışmazlıqları, inkişaf geriliyi və ya öyrənmə əlilliyi ol uşaqların sağlamlıq proqramları, uşaq-yeniyetmə psixi sağlamlığı və xəstəlikləri mərkəzlərində müalicə qrupunun vəzifələri, körpə və uşaq ölümləri, fasiləsiz peyvənd proqramları, vaxtından əvvəl doğuş və buna bağlı xəstəliklər barədə ətraflı məlumat verilib. Ana və ailə sağlamlığı, sosial-iqtisadi vəziyyət, ətraf mühit və sosial dəstəyin uşaq sağlamlığına təsir edən mühüm amillər olduğu vurğulanıb.

Tədbirdə T.Tağızadə uşaqların dispanserizasiya prosesinin düzgün təşkili məsələsinə toxunub. Bununla bağlı ölkə başçısının müvafiq sərəncamı ilə təsdiq edilmiş dövlət proqramının əhəmiyyətinə diqqət çəkib. Qeyd edib ki, düzgün dispanserizasiya siyasəti uşaqların sağlamlığının daha səmərəli təmininə imkan yaradır, eyni zamanda bir çox patalogiyaların ilkin mərhələdə müəyyən edilməsində, ağır xəstəliklərin qarşısının alınmasında qabaqlayıcı tədbirdir.

Bildirib ki, uşaqların sağlamlığının qorunması və möhkəmləndirilməsinə yönəlmiş tədbirlərin həyata keçirilməsi, uşaqlar arasında xəstələnmə, sağlamlıq imkanları məhdudluğunun və ölümün səviyyəsinin azaldılması və uşaqların xəstəliklərdən qorunması uşaqların icbari dispanserizasiyasının əsas məqsədidir.

Konfrans proqramı digər çıxışlar və mövzular ətrafında suallarının cavablandırılmasından sonra başa çatıb.

ÇOX OXUNANLAR
 Rahim Hüseynov TƏBİB-in İcraçı direktorunun müavini təyin olunub
ÜST-nin Azərbaycandakı Ofisində yeni vakansiya!
 Qobustanda 85 yaşlı pasiyent üzərində yüksək riskli cərrahi əməliyyat uğurla icra olunub   
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda fəaliyyət göstərən “ETKİ könüllüləri”nə sertifikatlar təqdim olunub
 Qusarda qanvermə aksiyası:
WUF13 Azərbaycan Əməliyyat Şirkətinin 24 könüllüsü üçün ilkin tibbi yardım mövzusunda təlim keçirilib
 Naxçıvanda orta tibb işçiləri üçün vakansiya elan olunub   
 Sumqayıtda İmmunizasiya Həftəsi çərçivəsində 1263 uşaq peyvənd olunub   
 Görkəmli alim Ağabəy Sultanovun 90 illiyi qeyd olunub   
Azərbaycan EMT Qrupu yoxlama aparmaq üçün Türkiyəyə gedib
Qobustan RMX-da konfrans: “Nurlu ömrün salnaməsi”
 Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Bioetika Komissiyasının növbəti iclası keçirilib    
 Cəlilabadda xəbərdarlıq toplanış üzrə mülki müdafiə məşqi keçirilib   
Qoşqar Təhməzli: Azərbaycan müasir urbanizasiya çağırışlarına çevik reaksiya verir