ÜST: Hər il ən azı 40 milyon qadın doğuşdan sonra sağlamlıq problemləri yaşayır
14.12.2023 15:45

ÜST Avstraliya alimləri ilə aparılan araşdırmalar nəticəsində hər il ən azı 40 milyon qadının uzunmüddətli doğuşdan sonrakı sağlamlıq problemləri ilə üzləşdiyini açıqlayıb

Aztibb.az “CNN Türk”ə istinadən xəbər verir ki, araşdırmalarda qadınların sağlıq problemlərinin bel ağrısı, depressiya, doğuşdan sonra sidik qaçırma və ikincil sonsuzluq olduğunu bildirilib.

ÜST həmçinin qeyd edib ki, səhiyyə sistemlərinin doğuşdan sonrakı problemləri tanıması ana sağlamlığı baxımından əhəmiyyətli fərq yaradır.

Doğuşdan sonra ortaya çıxan sağlamlıq problemlərinin aylarla, bəzən hətta illərlə davam etdiyinə diqqət çəkən ÜST, anaların yaşadığı fiziki və ya psixoloji problemlərin klinik araşdırma, təcrübə və sağlamlıq sistemləri siyasətlərində böyük ölçüdə diqqətdən kənarda qaldığını bildirib.

Tədqiqatçılar 12 il ərzində apardıqları ədəbiyyat araşdırmalarında bu cür xəstəlikləri olan analara kömək edəcək keyfiyyətli bələdçi ilə rastlaşmadıqlarını vurğulayıblar.

Məşhur tibb jurnalı “Lancet”in xüsusi buraxılışında dərc edilən araşdırmaya görə, hər il ən az 40 milyon qadının yüzdə 35-də doğuşdan sonra cinsi əlaqə zamanı ağrı, yüzdə 32-də bel ağrısı, yüzdə 31-də sidik qaçırma və sonsuzluq kimi xəstəliklərdən əziyyət çəkdiyi məlum olub.

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev