Ağır iş görənlərə xəbərdarlıq: Gündə 3-4 dəfə 10 dəqiqəlik buz tətbiqi məsləhətdir
14.12.2023 07:01

Çiyin ağrıları sümük və oynaq quruluşu ilə əlaqədar olaraq ağır iş zamanı ortaya çıxa bilər.

Aztibb.az “TRT Haber”ə istinadən xəbər verir ki, ortopediya və travmatologiya mütəxəssisi Dr. Murat Saylıkın ağır işlərdə çalışanların gündə 3-4 dəfə 10 dəqiqəlik buz tətbiq etməsiylə, tez-tez rast gəlinən çiyin ağrılarının azaldıla biləcəyini bildirib.

"Çiyin xəstəlikləri demək olar ki, hər yaş qrupunda baş verir və ağrı və hərəkət məhdudiyyəti şikayətləri ilə tez-tez ortopediya klinikasına müraciət edən xəstələr çoxluq təşkil edir. Çiyin nahiyəsi ən böyük hərəkət genişliyini təmin edən oynaqdır. Geniş hərəkət diapazonunu təmin edən kapsul əzələsi və vətər kimi strukturlar da çiyin oynağında ağrıların ən çox görülən səbəbləridir. Uzun müddət çiyin üstə uzanaraq inkişaf edən və tez-tez öz-özünə keçə bilən çiyin ağrıları tez-tez rast gəlindiyi halda, çiyin oynağının anatomiyası və ya travmaya görə tibbi və ya artroskopik əməliyyat tələb edən çiyin ağrıları da var”.

Hər gün 10 dəqiqə buz tətbiq edin

Çiyin ağrılarının müalicəsində çiyin və qolların dincəlməsi lazım olduğunu vurğulayan həkim ağrının meydana gəldiyi bölgəyə gündə 3-4 dəfə 10 dəqiqə buz tətbiq ediləməsini məsləhət götrür. Müəyyən hallarda ibuprofen və ya asetaminofen qrupu dərmanlar faydalıdır. Ağrılar azaldıqdan sonra məşqlərə başlamaq olar.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev