Qızılca hansı problemlər yarada bilər, erkən aşkarlamaq mümkündürmü?
12.12.2023 08:29

Qızılcaya kütləvi yoluxma halları müşahidə edilməkdədir.


Aztibb.az “CNN Türk”ə istinadən xəbər verir ki, qızılcanın səbəb ola biləcəyi problemlər aşağıdakılardır:

- Sətəlcəm

- Meningit

- Korluq

Qızılca infeksiyası vərəm infeksiyasının yenidən aktivləşməsinə, pnevmoniyaya, boyundakı limfa düyünlərinin iltihabına, orta qulaq infeksiyasına (otit mediasına) və beyinin iltihabına səbəb ola bilər.

Bu problemlər nadir müşahidə edilsə də, körpələr və immuniteti zəif olan insanlar risk altında sayılır.

Mütəxəssislər bildirir ki, əgər nümunə qızılcaya yoluxan insan ilə təmasa məruz qaldıqdan ilk 72 saat ərzində götürülübsə və mənfi çıxıbsa, ikinci nümunənin götürülməsi tövsiyə olunur.

Çünki virus inkubasiya dövründə olduğu üçün əvvəlcə qanda görünməyə bilər. Virus PCR - mikrobioloji təhlil metodundan istifadə edərək aşkarlana bilər.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev