Tez və yavaş qocalmanı orqanların qan testi ilə müəyyən etmək mümkündür
12.12.2023 11:40

ABŞ-ın Stenford Universitetinin tədqiqatçıları qan analizi ilə 11 orqan və toxumada olan zülalları tədqiq edərək, onların sürətlə qocalıb-yaşlanmadığını müəyyən etməyin mümkün olduğunu ortaya qoyub.

Aztibb.az “TRT Haber”ə istinadən xəbər verir ki, ABŞ-ın Stenford Universitetinin saytında yer alan xəbərə görə, tədqiqatçılar təxminən 5700 böyük insan üzərində qan analizi apararaq, beyin, ürək, ağciyər, qaraciyər, bağırsaq, böyrək, qan damarları, immun sistemi, əzələlər, mədəaltı vəzi, yağ toxuması və yüzlərlə zülal araşdırılıb.

Orqanların tez və ya yavaş yaşlanmasını araşdıran tədqiqatçılar, qan testləri ilə sürətlə qocalan orqanların aşkar edilməsinin mümkün xəstəliklərin kliniki simptomları görünməzdən əvvəl müalicəyə istiqamət verə biləcəyini ifadə ediblər.

Tədqiqatçılar, beyin, böyrək və ürək kimi orqanları "daha tez qocalan" insanların bu orqanlarla əlaqəli xəstəliklərə tutulma riskinin digərlərinə nisbətən daha yüksək olduğunu bildirib.

Orqanları yaşıdlarına nisbətən daha tez qocalmış insanlarda xəstəlik riskinin daha yüksək olduğunu qeyd edən tədqiqatçılar, 50 və daha yuxarı yaşda olan hər 5 nəfərdən birinin ən azı bir orqanının sürətlə qocaldığına diqqət çəkiblər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev