İzləmə sisteminə görə peyvəndlərdə təhlükə iddiası təkzib edildi
12.12.2023 10:35

Türkiyı Səhiyyə Nazirliyi “Peyvənd İzləmə Sistemi (ATS) səbəbindən vaksinlərdə təhlükə var” iddiasının real olmadığını, peyvəndlərin soyuq zəncir şəraiti ilə bağlı tərəddüd etməyə əsas olmadığını bildirib.

Aztibb.az “TRT Haber”ə istinadən xəbər verir ki, səhiyyə nazirliyinin İctimai Səhiyyə Baş İdarəsindən verilən açıqlamada bəzi KİV-lərin “ATS-ə görə peyvəndlərdə təhlükə olduğunu” iddia etdiyi bildirilib.

Açıqlamada vurğulanıb ki, Respublika üzrə Səhiyyə Baş İdarəsi tərəfindən peyvəndin və antizərdabların daşınması üçün istifadə olunan anbarlarda, şkaflarda və nəqliyyat vasitələrində temperatur və ehtiyat monitorinqi real vaxtda və müntəzəm olaraq 13 min 850 sensor və 12 min 890 cihazda proqram yeniləməsindən sonra problemlər yaşandığı iddiası həqiqəti əks etdirmir.

Qeyd edilib ki, sistemdə 30 dəqiqə ərzində cihazdan məlumat alınmazsa, çağrı mərkəzi müvafiq bölməyə zəng edir, 2 saat ərzində eyni cihazdan məlumat alınmazsa, məlumat göndərilir. Bütün bu nəzarət proseslərinin məqsədi peyvəndlərin ATS vasitəsi ilə vətəndaşlara təhlükəsiz şəkildə çatmasını təmin etməkdir.

“Xülasə, vaksinlərin soyuq zəncir şərtlərinə uyğun olaraq son istifadəçiyə çatma prosesini müəyyən alqoritmlə izləyən ATS ilə bağlı xəbərlərdəki məlumatlar həqiqəti əks etdirmir. Vətəndaşların soyuq zəncir şərtləri ilə bağlı tərəddüd etməsinə heç bir əsas yoxdur”, – deyə bildirilib.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev