Soyuq hava astma tutmalarına səbəb olur
12.12.2023 10:19

Qış mövsümü ilə birlikdə soyuq havalar astma xəstələrini gərginləşdirir. Mütəxəssislər astma xəstələrinə xüsusilə çox soyuq havalarda çölə çıxmamağı tövsiyə edir. Əgər çölə çıxmalı olsalar, tədbir görməlidirlər.

Aztibb.az “TRT Haber”ə istinadən xəbər verir ki, astma dünyada ən çox yayılmış qeyri-infeksion xroniki respirator xəstəlik kimi tanınır. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, təxminən 340 milyon insan bu xəstəlikdən əziyyət çəkir. 2025-ci ildə astma xəstələrinin ümumi sayının 400 milyona çatacağı düşünülür.

Tənəffüs yollarının müvəqqəti tutmaları və daralması ilə irəliləyən bir xəstəlik olan astmanın ortaya çıxmasının bir çox səbəbi var. Bunları genetik meyllər, mövsümi və ətraf mühit faktorları kimi ümumiləşdirmək olar.

Xüsusilə qış aylarında xəstələrin diqqət etməli olduğu bir ekoloji faktor var. Söhbət soyuq havadan gedir... Çünki isti hava kimi soyuq hava da astma xəstələrinə problem yaradır. Beləliklə, astmanın əlamətləri hansılardır? Soyuq hava xəstələrə niyə mənfi təsir edir?

Marmara Universitetindən Dr. Şehnaz Olgun Yıldızeli ilə danışdıq.

Astma hər zaman simptomlar göstərmir

Həkim astmanın daim simptomlar göstərən bir xəstəlik olmadığına işarə edərək müəyyən faktorlarla hücum etdiyinə diqqət çəkirb. Həkin hücum zamanı xəstəliyin xəstədə hansı əlamətlərə səbəb olduğunu belə izah edib:

“Döş qəfəsində sıxılma, təngnəfəslik, tənəffüs çatışmazlığı hissi, kənardan eşidilən xırıltılar müşahidə oluna bilər. Daha az rast gəlinsə də, öskürək ilə də xarakterizə edilə bilər. Xəstəyə təsir edən hər hansı faktorun təsirinə məruz qaldıqda hücumlar baş verir”.

Astma xəstəliyinə yaş qrupu kimi baxdığımızda gənclər ön plana çıxır. Qadınlarda kişilərə nisbətən daha çox rast gəlinir. Dos. Dr. Yıldızeli astmanı "adətən 20-40 yaş arası gənc qadınların xəstəliyi" olaraq xarakterizə edir.

Xəstəliyin diaqnozu qoyulduqdan sonra müalicənin ilk addımı astmanın nədən qaynaqlandığını müəyyən etməkdir. "Xəstəyə tövsiyə etdiyimiz ilk şey, astmaya səbəb olan məruz qalmadan uzaq durmaqdır", deyiə Dos. Dr. Yıldızeli xəstəliyi tətikləyən faktorları belə izah edib:

“Məsələn, peşə təsirləri xəstəliyə səbəb ola bilər. Aşpazlar, rəssamlar, metal sənayesində çalışanlar, tüstüyə məruz qalan insanlar və ya fermerlər kimi üzvi və ya qeyri-üzvi elementlərə məruz qalan insanlarda astma yarana bilər. Belə bir vəziyyət yarandıqda, mümkünsə, onun sahələrini və ya işlərini dəyişməsini tövsiyə edirik. Bundan əlavə, daha tez-tez toz, ev gənələri, bitkilər və çiçək tozlarına qarşı allergiyası ola bilər. Evdə ev heyvanınız varsa, xəzindən allergiya yarana bilər. "Bunlara məruz qalma səbəbiylə də kəskinləşmə baş verə bilər."

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev