Elektrikli ilanbalıqları yaydıqları cərəyanla canlılarda gen transferinə səbəb ola bilər
12.12.2023 08:04

Yaponiyanın Naqoya Universitetinin alimləri müəyyən ediblər ki, elektrik ilanbalığı müxtəlif genlərin kiçik balıq sürfələrinə ötürülməsinə səbəb olmaq üçün kifayət qədər cərəyan verir.

Aztibb.az “TRT Haber”ə istinadən xəbər verir ki, Naqoya Universitetindən verilən məlumata görə, professor Eiçi Hondonun rəhbərliyi ilə aparılan araşdırmalar, ilan balığının istehsal etdiyi elektrikin genetik materialların canlıların hüceyrələrinə keçməsinə səbəb ola biləcəyini üzə çıxarıb.

Tədqiqat laboratoriyada zebra balığı sürfələri və elektrik ilanbalığı mühitinə DNT daşıyan yaşıl flüoresan zülalı (GFP) əlavə edilərək aparılıb. İlan balığı elektrik cərəyanına məruz qaldıqdan sonra mikroskop altında tədqiq edilən sürfələrin təxminən 5 faizində GFP-müsbət hüceyrələr tapılıb.

Bu yolla laboratoriya mühitində hüceyrə membranının keçiriciliyini artıraraq hüceyrəyə yad DNT-nin daxil olmasını təmin etmək üçün elektrik cərəyanının tətbiqi mənasını verən “elektroporasiya”nın təbiətdə özbaşına baş verdiyi müşahidə edilib.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev