Xüsusən əsgərlərimiz mövzusunda daha ehtiyatlı olmalıyıq
27.10.2020 17:38

“Hər il qış aylarında hava-damcı yolu ilə keçən infeksiyalarda artım müşahidə olunduğunu nəzərə alaraq, COVID-19-un da payız-qış mövsümündə daha da artacağını gözləyirdik”. 

 

Azərbaycan Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının assenti, həkim-infeksionist Nilufər Məmmədovanın sözlərinə görə, bu, həm mövsümi dəyişikliklərin orqanizmə təsiri, həm virusun soyuq havalarda yoluxduruculuğu üçün əlverişli şəraitin olması, həm də qapalı məkanlarda çox olmaqla əlaqəlidir: “Yay aylarında virusun tam yox olacağını gözlədiyimiz halda təəssüf ki, bunu müşahidə etmədik. Bizi daha hansı sürprizlərin gözlədiyindən xəbərsiz olduğumuz üçün ən yaxşı addım qorunma tədbirlərinə daha ciddi riayət etməkdir”. 

 

İnfeksionist vurğulayıb ki, insanlar əlləri tez-tez yumalı və ya dezinfeksiya etməli, sosial məsafəni gözləməli, maska taxmalıdır: "Vətəndaşlar maska ilə bağlı qaydalara düzgün riayət, ictimai nəqliyyatdan mümkün qədər az istifadə etməli, kütləvi toplaşmalardan uzaq durmalı və xəstəliyin bir simptomu olsa belə, dərhal həkimə müraciət etməlidirlər”.

 

N. Məmmədova qeyd edib ki, son günlər insanlarımız əsgərlərə pay göndərirlər və bu, çox qürurverici haldır: “Pandemiyanın davam etdiyini xatırlatmaq borcumuzdur. Düşünürəm ki, xüsusən əsgərlərimiz  mövzusunda daha ehtiyatlı olmalıyıq. Belə ki, əsgərlərə aparılan yardımlar və yardımı çatdıranlar  virus daşıyıcısı olaraq onlar üçün təhlükəli ola bilər. Səbrli olaq, qaydalara riayət edərək ordumuza dəstək olmağa çalışaq!”. 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib