Xəstədən nəhəng döş şişi çıxarıldı - 8 kiloqram ağırlığında
09.12.2023 13:45

Moskva Regional Onkoloji Klinikasına qırx doqquz yaşlı qadın döş qəfəsində ağrı, böyümə və kəskin nəfəs darlığı şikayətləri ilə müraciət edib.


Aztibb.az “Moslenta” nəşrinə istinadən yazır ki, bu barədə Moskva vilayətinin Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.


Qeyd olunub ki, bir sıra müayinələrdən sonra ona süd vəzinin yarpaqşəkilli şişi diaqnozu qoyulub. Xəstə təxminən bir il yarım əvvəl sol döşünün böyüməsini hiss edib, lakin tibb müəssisəsinə müraciət etməyib.


Onkoloq bildirib ki, şiş sol döşün bütün həcmini tutub, çəkisi səkkiz kiloqram, diametri isə otuz santimetrə çatıb. Sol döşün mastektomiyası edilib.


Əməliyyatdan sonra şiş histoloji müayinəyə göndərilib. Xoşbəxtlikdən əməliyyatdan bir həftə sonra qadın özünü yaxşı hiss edib və yaşadığı yer üzrə onkoloqun nəzarəti altında evə buraxılıb.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev