Həddindən artıq fiziki fəaliyyət orqanizmin qocalmasını sürətləndirir
08.12.2023 11:16

Finlandiyalı tədqiqatçılar fundamental uzunmüddətli araşdırmaya əsaslanaraq sübut ediblər ki, həddindən artıq fiziki fəaliyyət insanlarda sürətlənmiş bioloji qocalmaya səbəb olur.

Aztibb.az “Gazeta” nəşrinə istinadən xəbər verir ki, onların fundamental elmi işlərinin nəticələri “MedRxiv” platformasında dərc olunub.

Məlumata görə, xüsusi araşdırmada 1975-ci ildən 2020-ci ilə qədər 45 il ərzində nəzarətdə olan 18-50 yaş arası 11 min cüt əkiz iştirak edib. Müşahidə mərhələsi başlamazdan əvvəl tədqiqatçılar iştirakçıların sağlamlıq vəziyyəti və onların fiziki aktivlik səviyyəsi haqqında məlumat toplayıblar. Könüllülər dörd qrupa bölünüb: oturaq (13,4%), orta aktiv (36,7%), aktiv (38,7%) və ya yüksək aktiv (11,2%).

Tədqiqatçılar insanların hər bir kateqoriyaya düşmək üçün məşqlərə nə qədər vaxt sərf etməli olduqlarını dəqiqləşdirməyiblər. Bundan əlavə, elm adamları bioloji qocalma sürətini - bədən orqanlarının və sistemlərinin aşınma dərəcəsini izləmək üçün subyektlərdən qan nümunələri götürüblər. Həmçinin iştirakçıların bioloji yaşını hesablamaq üçün tədqiqatçılar onların DNT-sindəki dəyişikliklərə baxıblar.

Məlum olub ki, ikinci, üçüncü və dördüncü fəaliyyət qruplarından olan könüllülərin oturaq həyat tərzi keçirənlərə nisbətən daha qısa ömür sürmə ehtimalı 15-23% azdır.

Çəki və pis vərdişlər kimi faktorlar nəzərə alındıqdan sonra məlum olub ki, yüksək aktiv insanlar hərəkətsiz insanlardan 7% daha az riskə malikdirlər. Bundan əlavə, fiziki fəaliyyətə həddən artıq çox səy sərf edən iştirakçılar bioloji cəhətdən aktiv və orta səviyyəli hərəkətliliyə malik insanlardan müvafiq olaraq 1,8 və 1,3 yaş böyük olub.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev