Naxçıvanda səhiyyə sisteminə xarici investorlar cəlb edilir
08.12.2023 08:37

Naxçıvanda səhiyyə sistemində aparılan islahatlar bəhrəsini verir, yaradılmış sərait xarici investorları Naxçıvan səhiyyəsinə investisiya qoymağa təşqiv edir.

Muxtar respublikanın Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Aztibb.az-a verilən məlumata görə, ilk addımda xarici investor səhiyyəyə 5 milyon manat kapital qoyuluşuna nail olunub.

“Dövlət-özəl tərəfdaşlığı haqqında” 9 dekabr 2022-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Naxçıvan Muxtar Respublika Xəstəxanası publik hüquqi şəxsi və EXON Biomedikal Sağlıq Xidmətləri Sənaye və Ticarət Anonim Şirkəti arasında bağlanan müqaviləyə görə şirkət tərəfindən tam avtomatlaşdırılmış rejimdə fəaliyyət göstərəcək beynəlxalq akkreditasiyalı laboratoriya qurulur.

Laboratoriyada klinik laborator diaqnostikasının bütün sahələri üzrə keyfiyyətli və dəqiq xidmət göstəriləcək. Laborarotiyanın test qruplarına biokimya, immunologiya, genetik, hematologiya, mikrobiologiya, patositologiya, molekulyar, seroloji, vitaminlər və dərman səviyyələri yoxlamaları, həmçinin digər testlər daxildir.

Bununla da sakinlər doğma diyarlarından kənara çıxmadan beynəlxalq akkreditasiyaya sahib yüksək səviyyəli laborator xidmətlərlə təmin olunacaqlar. Laboratoriyada mütəxəssis həkimlər xidmət göstərəcək. Müqaviləyə əsasən, burada 20-yə yaxın yeni iş yeri açılacaq, həmçinin laboratoriyanın mütəxəssis həkimləri Naxçıvanda təcrübəli laborantların yetişdirilməsi üçün könüllü təlimlər keçəcəklər.

Naxçıvanda laboratoriya xidmətinə qoyulan bu investisiya burada keyfiyyətli tibbi xidməti təmin etməklə bərabər, regionda səhiyyənin inkişafı naminə ümumi maraqların təmin olunmasında əhəmiyyətli rol oynayacaq.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev