İnsanlar kimi "uzunmüddətli yaddaşa" malik süni intellekt modeli yaradılıb
06.12.2023 15:53

Moskva Dövlət Universitetində “Beyin və İnformasiya: Təbiidən Süni İntellektə” tədqiqat layihəsi çərçivəsində insan yaddaşının funksionallığına yaxın innovativ neyron şəbəkə modellərinin təqdimatı keçirilib.

Aztibb.az “Gazeta” nəşrinə istinadən xəbər verir ki, bu məlumatı universitetin rektoru, Rusiya Elmlər Akademiyasının akademiki Viktor Sadovniçi bildirib.

Bu nailiyyət öyrənmə alqoritmləri sahəsində yeni üfüqlər açır və süni intellekt sistemlərinə zamanla baş verən hadisələr arasında əlaqələri qoruyub saxlamağa imkan verir.

"Bizim inkişaf etdirilmiş modelimiz əvvəllər tanınmaq üçün proqramların hazırlanması çətin olan hadisələr arasında yaddaş asılılığını saxlamağa imkan verir. Modellərimizin inkişaf səviyyəsi bu sahədə ən yaxşı dünya təcrübəsinə uyğundur", - V.Sadovniçi vurğulayıb.

Rektorun sözlərinə görə, bu layihənin həyata keçirilməsi insan beynində informasiyanın kodlaşdırılması proseslərinin dərindən başa düşülməsinə kömək edəcək. Bu, həmçinin məlumat kodlaşdırmasının bioloji prinsiplərini neyromorfik süni intellekt sistemlərinə köçürməyə kömək edəcək.

“Bizim nailiyyətlərimiz yarımkeçirici nanokristallar əsasında süni sinaps yaratmağa imkan verib. Süni intellekt informasiyanı kodlamağa qadirdir və həm qısamüddətli, həm də uzunmüddətli yaddaşa malikdir. Bu nəticələr nanokristalların yaradılmasında yeni perspektivlər açır”, - deyə akademik əlavə edib.

Süni intellekt və neyromorfik sistemlər sahəsində aparılan işlər alim və mühəndislərin diqqətini cəlb etməkdə davam edir və bu son tədqiqatlar daha səmərəli və bioloji cəhətdən oxşar süni intellekt sistemlərinin yaradılmasında mühüm addım olacağını vəd edir.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev