Qonşu ölkələrdə koronavirusdan rekord ölüm
27.10.2020 12:45

Rusiyada da son bir gündə 320 pasiyentin koronavirusdan vəfatı ilə gündəlik ölüm hallarında rekord rəqəm qeydə alınıb.

 

Koronavirusla mübarizə üzrə əməliyyat qərərgahının məlumatında qeyd edilir ki, 24 saat ərzində 16 min 550 nəfər yoluxub, 12 min 884 nəfər isə sağalaraq xəstəxanadan buraxılıb.

 

Ölkə üzrə ümumilikdə 1 milyon 547 min 774 insan koronavirusa yoluxub.

 

Gürcüstanda son sutka ərzində koronavirusdan 23 nəfərin həyatını itirməsi ilə xəstəlikdən gündəlik ölüm sayında daha bir rekord yaşanıb.

 

Son 24 saatda 1 824 nəfərdə COVID-19 aşkarlanıb. Bununla da ölkədə koronavirusa yoluxma halı 32 min 127-yə çatıb.

 

Sutka ərzində daha 23 nəfərin xəstəlikdən vəfat etməsi ilə ölüm hallarının sayı 238-ə çatıb. 1 262 pasiyent sağalaraq evə buraxılıb. Ümumilikdə sağalanların sayı isə 2 632-dir.

 

Son sutka ərzində Ermənistanda daha 1600 nəfərdə koronavirus təsdiqlənib.

 

Ölkədə virusa yoluxanların ümumi sayı 80 min 410-a yüksəlib. Son 24 saat ərzində Ermənistanda daha 24 nəfər koronavirusdan ölüb. Pandemiya qurbanlarının sayı bununla da 1 222-yə çatıb. Hazırda Ermənistanda 26 min 452 aktiv koronavirus xəstəsinin olduğu bildirilir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib