Ultrasəs müayinə (USM) döl üçün nə dərəcədə zərərlidir?
03.12.2023 14:45

Bu metodun təhlükəsizliyini obyektiv qiymətləndirmək üçün ultrasəs dalğalarının dölün vəziyyətinə təsirinə dair çoxsaylı tibbi tədqiqatlar aparılıb. Bu gün mövcud olan elmi təqdiqatların heç biri ultrasəsin dölə mənfi təsir göstərdiyinə dair sübut təqdim etməyib.


Aztibb.az xəbər verir ki, cərrah-ginekoloq Kamran Nağıyevin bildirdiyinə görə, hamiləliyin aparılmasının bir hissəsi olaraq planlı USM üç dəfə nəzərdə tutulub:


✔1 skrininq - 11-14 həftədə;
✔2 skrininq - 19-21 həftədə;
✔3 skrininq - 30-34 həftədə.


Ginekoloq qeyd edib ki, həkim müəyyən əlamətlər olduqda - məsələn, risk altında olan qadınlar üçün əlavə plansız ultrasəs təyin edə bilər.


“Vaxtında müayinə hamiləlik anomaliyalarını aşkar etməyə və müvafiq tədbirlər görməyə kömək edir. Ultrasəs müayinəsini yalnız müasir avadanlıqla təchiz edilmiş yaxşı klinikalarda etməyinizi məsləhət görürəm”, – deyə həkim vurğulayıb.

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev