Həkim limfoma xəstəliyi və diaqnozundan bəhs edib
03.12.2023 12:30

Limfoma ağ qanın bir komponenti olan, bir növü olan limfositlərin formalarını dəyişərək kontrolsuz şəkildə artıb-çoxalıb limfatik orqanlarda, limfa düyünlərində, dalaqda, mədədə, bağırsaqda, ağciyərdə, qaraciyərdə, beyində, sümükdə, dəridə və s. toplanması nəticəsində yaranan onkoloji xəstəlikdir.


Aztibb.az xəbər verir ki, hematoloq Minurə Abışovanın bildirdiyinə görə, bu xəstəliyin səbəbi tam olaraq bilinmir. Səbəb ola biləcək faktorlar arasında əksər insanlarda mədədə rast gəlinən helikobakter pilor adlanan infeksiya var.


Bundan əlavə, xəstəliyə Hepatit C virusu, Epşteyn-Barr virusu, insan linfotrafik virusu və QİÇS virusu səbəb ola bilər.
Həkim qeyd edib ki, bu kənd təsərrüfatında çalışan insanlarda da ola bilər və ya meyvə, tərəvəzdən istifadə edən hamıda, əgər yaxşı yuyulmasa, pestisidlər qidalarda qaldıqda, bunlar da limfoma, leykoz kimi digər onkoloji xəstəliklər yarada bilirlər.


Ümumiyyətlə limfoma diaqnozu orqandan həmin toxumanın bir hissəsinin və ya tamamilə çıxarılaraq biopsiyaya verilməsi ilə qoyulur.


Hematoloq xəstəliyin müalicəsində kimyaterapiyadan, radioterapiyadan və immunoterapiyadan istifadə olunduğunu deyib. Vaxtında müraciət etmək, xəstəliyi kontrol altında saxlamaq baxımından vacibdir.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev