Bu sindromun müalicəsində fiziki aktivlik əhəmiyyətlidir
03.12.2023 11:51

Polikistik Over Sindromunun müalicəsinin əsas hissəsini fiziki aktivlik, yəni idmana təşkil edir. Bu sindrom reproduktiv yaşdakı qadınların 10-15%-də görülür.


Aztibb.az xəbər verir ki, uşaq endokrinoloqu Aygün Musayevanın bildirdiyinə görə, qeyd olunan sindromlu yeniyetmələrin hər gün minimum 60 dəqiqəlik orta və ya sürətli fiziki aktivlik göstərmələri və həftədə ən az 3 gün əzələ və sümükləri möhkömləndirici idman məşqləri etmələri tövsiyyə edilir.


Həmçinin fiziki aktivliyə velosiped, üzgüçülük, müxtəlif idman oyunları ilə məşğul olmaq, ev işləri, gimnastika və idman zalında edilən məşqlər və s aiddir. Məqsəd 60 dəqiqə dayanmadan hərəkətdə olmaqdır.


Həkim qeyd edib ki, əzələ məşqlərini (aerobik məşqlər) həftədə 3 gün ən azı 10 dəqiqə ilə başlayıb 30 dəqiqəyə kimi artırmaq tövsiyyə olunur:


“Fiziki aktivlik üçün təcrübəli mütəxəssislərdən dəstək ala bilərsiniz və ya fitness aplikasiyalar ilə öz sürətinizi tənzimləyərək edə bilərsiniz”.


Yanaşı olaraq sevdiyiniz bir musiqini dinləyərək motivasiya ala və ya idmanı dostlarınız və ya ailə üzvləri ilə birgə edə bilərsiniz.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev